Media
Bizimlə əlaqə

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 101-ci kitabı çapdan çıxıb

Tarix:10-09-2020, 17:52
Baxış Sayı:1 012

Ölkəmizin hər bir bölgəsi inkişaf edir. Gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun. Ona görə bir daha demək istəyirəm - bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur - bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır. Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən Prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 101-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının bu il martın 4-də Tovuzda "ASAN Həyat” kompleksinin açılışındakı çıxışından götürülüb.

Çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin fevral-mart aylarını əhatə edir.

Yeni kitabda Prezident İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərinə, Türkiyə və Türkmənistan prezidentlərinin ölkəmizə səfərləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata birgə bəyanatlara dair materiallar toplanıb.

Nəşrə Azərbaycan Prezidentinin ABŞ, Böyük Britaniya və Rusiyanın, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə gəlmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi haqqında informasiyalar daxil edilib.

Dövlətimizin başçısı bütün görüşlərində və apardığı danışıqlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, uzun illərdir Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini, işğalçı Ermənistanın xalqımıza məxsus qədim dini və digər maddi mədəniyyət abidələrini dağıtdığını diqqətə çatdırıb.

Bu cilddə oxucular Azərbaycan Prezidentinin Goranboy, Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarına səfərləri zamanı infrastruktur obyektlərinin, o cümlədən "ASAN xidmət” mərkəzinin, xəstəxanaların, parkların, sənaye müəssisələrinin açılışında söylədiyi nitqlərinin mətnləri, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallarla da tanış ola bilərlər.

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında dərin məzmunlu nitqlərinin mətnləri və digər materiallar da yeni nəşrdə yer alıb.

"Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 101-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Aynurə Kərimova,
SosialDovlet.Az



13-03-2025, 18:11 - “Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
5-03-2025, 17:47 - Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
12-01-2025, 17:20 - Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
10-01-2025, 15:49 - Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
6-01-2025, 18:46 - Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
24-12-2024, 17:41 - Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
20-12-2024, 17:20 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
“Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
6-11-2024, 16:20 - Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
19-09-2024, 10:29 - Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
2-07-2024, 09:30 - “Mənim Polisim, Məni Qoruyur”
“Mənim Polisim, Məni Qoruyur”
30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
20-03-2024, 15:40 - Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar