Media
Bizimlə əlaqə

“Sosial Dövlət Naminə” İctimai Birliyinin Binəqədi Rayon Təşkilatı Şəhid İsrayıl Cəfərzadənin Xatirəsini Yad Etdi - FOTOLAR

Tarix:1-10-2026, 19:13
Baxış Sayı:66

Vətən müharibəsi şəhidlərinin Anım Günləri çərçivəsində “Sosial Dövlət Naminə” İctimai Birliyinin nümayəndələri qəhrəman şəhidimiz İsrayıl Cəfərzadənin anım mərasimində iştirak ediblər.

“Sosial Dövlət Naminə” İctimai Birliyinin Binəqədi rayon təşkilatının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Zəfər tariximizin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsinin şəhidlərini yad etmək məqsədilə 30 sentyabr 2026-cı il tarixində təşkilatın Bakı şəhəri və müxtəlif rayonlar üzrə regional nümayəndəlikləri, eləcə də fəal üzvləri tərəfindən genişmiqyaslı ziyarət tədbirləri həyata keçirilib.

Bu silsilə tədbirlər çərçivəsində İctimai Birliyin Binəqədi rayon təşkilatının rəhbərliyi və fəalları Vətən müharibəsi şəhidi Cəfərzadə İsrayıl Namiq oğlunun anım günü mərasiminə qatılıblar. Yüksək təşkilatçılıq və dərin ehtiram mühitində keçirilən mərasimdə şəhidimizin keçdiyi şərəfli ömür və döyüş yolu geniş yad edilib.

Tədbirdə çıxış edən şəhidin sinif müəlliməsi və xidmət etdiyi hərbi hissənin komandiri İsrayıl Cəfərzadənin təhsildə göstərdiyi savadı, nizam-intizamı, eləcə də döyüş meydanında nümayiş etdirdiyi unudulmaz cəsarət və qəhrəmanlıqdan ürəkdolusu söz açıblar. Qeyd olunub ki, İsrayıl kimi igid oğulların göstərdiyi şücaət sayəsində bu gün torpaqlarımız azaddır və onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Mərasimdə “Sosial Dövlət Naminə” İctimai Birliyinin Binəqədi rayonu üzrə Qadınlar Şurasının sədri Əntiqə Hüseynova çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən və şəhidlərimizin müqəddəs ruhu qarşısındakı mənəvi borcumuzdan ətraflı bəhs edib. Əntiqə Hüseynova İctimai Birlik adından xüsusi təsis edilmiş “Qarabağ Azərbaycandır!” diplomunu təntənəli şəkildə şəhidimizin anasına təqdim edib.

Daha sonra Qadınlar Şurasının sədr müavini Şəmsiyə Qurbanova çıxış edərək şəhidin valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verib, bütün şəhidlərimizin ruhuna rəhmət, ailələrinə isə səbir diləyib.

Qadınlar Şurasının digər müavini Şəhla Vəliyeva isə Vətən ucalığına və şəhidlərimizə həsr etdiyi təsirli şeirini səsləndirərək mərasimə kövrək və qürurverici anlar qatıb.

Yüksək ehtiram və birlik ruhunda baş tutan anım tədbirinin sonunda şəhid İsrayıl Cəfərzadənin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ailə üzvləri və təşkilat nümayəndələri ilə birgə xatirə şəkilləri çəkilib.

Allah Cəmi Şəhidlərimizin Ruhlarını Şad, Məqamlarını Uca Etsin. 

“Sosial Dövlət Naminə” İctimai Birliyinin,
Binəqədi rayon Təşkilatının mətbuat xidməti

1-10-2026, 19:13 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin Binəqədi Rayon Təşkilatı Şəhid İsrayıl Cəfərzadənin Xatirəsini Yad Etdi - FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyinin Binəqədi Rayon Təşkilatı Şəhid İsrayıl Cəfərzadənin Xatirəsini Yad Etdi - FOTOLAR
27-09-2026, 14:57 - Regionlarda Şəhidlərimizin Əziz Xatirəsi Ehtiramla Yad Edilib - FOTOLAR
Regionlarda Şəhidlərimizin Əziz Xatirəsi Ehtiramla Yad Edilib - FOTOLAR
13-03-2025, 18:11 - “Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
5-03-2025, 17:47 - Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
12-01-2025, 17:20 - Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
10-01-2025, 15:49 - Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
6-01-2025, 18:46 - Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
24-12-2024, 17:41 - Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
20-12-2024, 17:20 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
“Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
6-11-2024, 16:20 - Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
19-09-2024, 10:29 - Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
2-07-2024, 09:30 - “Mənim Polisim, Məni Qoruyur”
“Mənim Polisim, Məni Qoruyur”
30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
20-03-2024, 15:40 - Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR