Media
Bizimlə əlaqə

Xeyirxahlığın və Vətənsevərliyin Nümunəsi: Binəqədi rayon Qadınlar Şurası Şəhid və Qazi Ailələrinə Dayaq Olan Fədakar Həkimi Təltif Etdilər-Fotolar

Tarix:20-10-2026, 20:16
Baxış Sayı:69

Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin, birgə sosial proqramların və maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilmişdi


“Sosial Dövlət Naminə” İctimai Birliyinin Binəqədi rayon Təşkilatının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 20 oktyabr 2026-cı il tarixində İctimai Birliyin Binəqədi rayon Qadınlar Şurasının sədri Hacı Əntiqə Hüseynova (Zəngilanlı), sədr müavinləri Şəmsiyə Qurbanova və Şəhla Vəliyeva ilə birlikdə akademik N.Tusi adına klinikanın Fizioterapiya şöbəsinin həkim kontingenti ilə unudulmaz və səmimi bir görüş keçirmişlər.


Görüş zamanı Binəqədi rayon Qadınlar Şurasının sədri, Hacı Əntiqə Hüseynova (Zəngilanlı) “Sosial Dövlət Naminə” İctimai Birliyinin yarandığı ilk gündən bu günə qədər keçdiyi şərəfli fəaliyyət yolundan, cəmiyyətdə sosial ədalətin və həmrəyliyin möhkəmlənməsinə verdiyi dəyərli töhfələrdən geniş söz açmışdır. O, vurğulamışdır ki: “Bizim əsas qayəmiz dövlətimizin sosial siyasətinə dəstək olmaq, xalqımızın ehtiyac duyan hər bir fərdinə, xüsusilə Vətən uğrunda canından keçən şəhidlərimizin əmanətlərinə və qazilərimizə təmənnasız xidmət etməkdir. Bu müqəddəs yolda həkimlərimizin, fədakar tibb işçilərimizin rolu əvəzsizdir. Ağ xalatlı həkimlərimiz həm ön cəbhədə, həm də arxa cəbhədə xalqımızın sağlamlığı və ruh yüksəkliyi üçün əsl fədakarlıq nümunəsi göstərmişlər.”


Görüş çərçivəsində tərəflər arasında gələcəkdə də qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin, birgə sosial proqramların və maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Vurğulanmışdır ki, bu cür sıx əlaqələr cəmiyyətdə xeyriyyəçilik və sosial məsuliyyət ənənələrini daha da gücləndirəcəkdir.


Tədbirin ən təsirli və qürurverici məqamı isə fədakar səhiyyə işçisinin əməyinə verilən yüksək qiymət olmuşdur. Görüşün sonunda, Fizioterapiya şöbəsinin tanınmış və ictimaiət arasında dərin hörmət qazanmış həkimi Əliyeva Südabə Camal qızı – Qarabağ Vətən Müharibəsi zamanı və müharibədən sonrakı dövrdə gedən amansız döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinə, eləcə də canlarını Vətənə fəda edən Qazilərimizə göstərdiyi sonsuz diqqət, yüksək qayğı və peşəkar tibbi dəstəyə görə "Sosial Dövlət Naminə" İctimai Birliyinin Fəxri Üzvü seçilmişdir. Bununla yanaşı, İctimai Birliyin İdarə Heyətinin qərarı ilə təsis olunmuş "Qarabağ Azərbaycandır" fəxri diplomu da təntənəli şəkildə Südabə həkimə təqdim edilmişdir.


Təltif olunan həkim Südabə Əliyeva göstərilən bu yüksək diqqət və etimada görə təşkilat rəhbərliyinə dərin minnətdarlığını bildirmiş, bundan sonra da Vətən övladlarına xidmət etməyi özünə müqəddəs borc biləcəyini vurğulamışdır.


“Sosial Dövlət Naminə” İctimai Birliyinin
Binəqədi rayon Təşkilatının mətbuat xidməti

20-10-2026, 20:16 - Xeyirxahlığın və Vətənsevərliyin Nümunəsi: Binəqədi rayon Qadınlar Şurası Şəhid və Qazi Ailələrinə Dayaq Olan Fədakar Həkimi Təltif Etdilər-Fotolar
Xeyirxahlığın və Vətənsevərliyin Nümunəsi: Binəqədi rayon Qadınlar Şurası Şəhid və Qazi Ailələrinə Dayaq Olan Fədakar Həkimi Təltif Etdilər-Fotolar
18-10-2026, 22:25 - “SOSİAL DÖVLƏT NAMİNƏ” İCTİMAİ BİRLİYİNİN BİNƏQƏDİ RAYON QADINLAR ŞURASI ŞƏHİDLƏRİMİZİN ANIM GÜNLƏRİNDƏ İŞTİRAK EDƏRƏK, AİLƏLƏRİNİ ZİYARƏT EDİBLƏR -FOTOLAR
“SOSİAL DÖVLƏT NAMİNƏ” İCTİMAİ BİRLİYİNİN BİNƏQƏDİ RAYON QADINLAR ŞURASI ŞƏHİDLƏRİMİZİN ANIM GÜNLƏRİNDƏ İŞTİRAK EDƏRƏK, AİLƏLƏRİNİ ZİYARƏT EDİBLƏR -FOTOLAR
8-10-2026, 01:09 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin Nümayəndələri Şəhidimizin Anım Mərasimində İştirak Ediblər - Fotolar
“Sosial Dövlət Naminə” İctimai Birliyinin Nümayəndələri Şəhidimizin Anım Mərasimində İştirak Ediblər - Fotolar
7-10-2026, 23:39 - Təhsilə və Məktəb Quruculuğuna Yüksək Qiymət - Fotolar
Təhsilə və Məktəb Quruculuğuna Yüksək Qiymət - Fotolar
1-10-2026, 19:13 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin Binəqədi Rayon Təşkilatı Şəhid İsrayıl Cəfərzadənin Xatirəsini Yad Etdi - FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyinin Binəqədi Rayon Təşkilatı Şəhid İsrayıl Cəfərzadənin Xatirəsini Yad Etdi - FOTOLAR
27-09-2026, 14:57 - Regionlarda Şəhidlərimizin Əziz Xatirəsi Ehtiramla Yad Edilib - FOTOLAR
Regionlarda Şəhidlərimizin Əziz Xatirəsi Ehtiramla Yad Edilib - FOTOLAR
13-03-2025, 18:11 - “Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
5-03-2025, 17:47 - Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
12-01-2025, 17:20 - Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
10-01-2025, 15:49 - Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
6-01-2025, 18:46 - Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
24-12-2024, 17:41 - Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
20-12-2024, 17:20 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
“Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
6-11-2024, 16:20 - Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
19-09-2024, 10:29 - Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
2-07-2024, 09:30 - “Mənim Polisim, Məni Qoruyur”
“Mənim Polisim, Məni Qoruyur”
30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
20-03-2024, 15:40 - Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar