İctimai Birliyin sədri Faiq Əhmədovun təşkilatçılığı və maddi dəstəyi ilə Sumqayıt şəhərində yerləşən “Poeziya Evi”ndə “Ağlama Şəhid Anası” adlı növbəti tədbir keçirildi
“Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpaqlarının işğaldan azad olunması uğrunda başlanan İkinci Qarabağ Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Elcan Ədalət oğlu Rəhimlinin bacısı qızı “Sosial Dövlət Naminə” İctimai Birliyinin fəxri üzvü, bir çox mükafatların sahibi, İdmançı, Milli rəqs üzrə həvəskar rəqqasə, gənc şairə Zeynəb Səfərlinin müəllifi olduğu “Ağlama Şəhid Anası” adlı kitabının da növbəti təqdimatı keçirilib.

Tədbirdə “Sosial Dövlət Naminə” İctimai Birliyinin rayon təşkilatlarının sədrləri və fəal üzvləri, Qazilər, Şəhid Anaları, Şəhid Ataları, şəhidlərimizin digər ailə üzvləri, tanınmış yazarlar, şairlər, müğənnilər, ictimaiyyət nümayəndələri və Səbail rayon 236 nömrəli tam orta məktəbin şagirdləri ilə yanaşı, şairənin doğmaları da iştirak edirdilər.
Xüsusilə qeyd edirik ki, “Ağlama Şəhid Anası” adlı tədbirinin keçirilməsi, səhnənin hazırlanması və Zeynəb Səfərlinin müəllifi olduğu “Ağlama Şəhid Anası” adlı kitabının bütün çap xərcləri “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, tanınmış ictimai xadim Faiq Əhmədovun öz şəxsi maliyə hesabına həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan təşkilat sədri Faiq Əhmədov gələn qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, çıxışa başlamamışdan öncə fürsətdən istifadə edib 30 İl işğal altında qalan 20 faiz torpaqlarımızın İşğaldan Azad olunması və 8 noyabr Zəfər günü münasibətilə Azərbaycan Xalqını və Xüsusilə Ordumuzu “Sosial Dövlət Naminə” İctimai Birliyinin çox saylı üzvləri və şəxsən öz adından təbrik edib.
Sonra isə Azərbaycan himni oxundu. Ardınca Müstəqilliyimiz, Azadlığımız və Torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizin ruhu bir dəqiqəlik sukutla yad edildi.
Daha sonra çıxışını davam etdirən Faiq müəllim qeyd etdi ki, bildiyimiz kimi biz bu gün 8 noyabr Zəfər Günü ilə yanaşı, eyni zamanda rəhbəri olduğu “Sosial Dövlət Naminə” İctimai Birliyinin fəxri üzvü, gənc şairə Zeynəb Səfərlinin ilk dəfə işıq üzü görmüş “Ağlama Şəhid Anası” adlı kitabının növbəti təqdimatına yığışmişıq.
Gənc şairə Zeynəb Səfərlinin “Ağlama Şəhid Anası” adlı şeir kitabının təqdimatına qatıldığınız üçün də hər birinizə ayrı-ayrılıqda təşkilatımızın üzvləri adından minnətdarlığımı bildirərək, qeyd edirəm ki, “Ağlama Şəhid Anası” adlı şeir kitabının bütün çap xərcləri və regionlarda tədbirlərin və təqdimatların hər biri “Sosial Dövlət Naminə” İctima Birliyinin öz daxili imkanları hesabına həyata keçirilir.
Qeyd edim ki, Zeynəb Səfərli bu günə kimi bir çox Olimpiada və dövlət səviyyəli tədbirlərdə iştirak edərək birinci yeri qazandığı üçün “Qızıl Medal”lara və Fəxri Diplomlara layiq görülüb.
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq “Sosial Dövlət Naminə” İctimai Birliyinin fəxri üzvü Zeynəb Səfərlini öz adımdan və rəhbəri olduğum təşkilatın çoxsaylı üzvləri adından bir daha səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, sonsuz sayda xoşbəxt illər və Azərbaycan adına yeni-yeni nailiyyətlər arzulayırıq.
Sonra çıxış üçün söz, Sumqayıt şəhər Poeziya Evinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin sektor müdiri, Yazıçı-Publisist İbrahim İliyaslıya, “Sosial Dövlət Naminə” İctima Birliyinin sədr müavini, Yazıçı-Publisist Rauf İliyasoğluna, - “Sosial Dövlət Naminə” İctimai Birliyinin Siyəzən rayon təşkilatının qadınlar şurasının sədri, İkinci Qarabağ Vətən Müharibəsinin şəhidi Saatmirzə Əzimovun anası Xatirə xanım Əzimovaya, “Sosial Dövlət Naminə” İctimai Birliyinin mədəniyyət şöbəsinin fəxri üzvü, Xalq Artisti Gülyaz xanım Məmmədovanın sevimli tələbələrindən biri olan, bir çox vətənpərvər mahnıların müəllifi Gülsanə xanım Hüseynovaya, Zeynəb Səfərlini tədbirdə tək qoymamaq üçün təbrik etməyə gələn Səbail raron 236 saylı tam orta məktəbinin ibtidai sinif müəlliməsi Mansurova Nəzakət Mirzağa qızının rəhbərlik etdiyi 3 B və Fiziki tərbiyə müəllimi Aslanova Ülkər Kamil qızının rəhbərlik etdiyi 5B sinfinin şagirdlərinə, İkinci Qarabağ Vətən Müharibəsinin şəhidi Cəbrayıl Dövlətzadənin atası Dövlət Dövlətzadəyə, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Bərdə rayon təşkilatının fəxri üzvü, şəhid Elcan Rəhimlinin ailə üzvü Bəhruz Səfərliyə, Qarabağ Vətən Müharibəsinin döyüşçüsü Ramiz Yusubova, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Beyləqan rayon üzrə Ağsaqqallar şurasının sədri, dəyərli ziyalımız, uzun müddət hüquq-mühafizə orqanlarında çalışmış Vaqif İmrəliyevə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şair-Publisist Polad İbrahimoğluna, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şair-Publisist Ədalət Əroğluna, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Sumqayit şəhər üzrə qadınlar şurasının sədri tanınmış şairə, Yazıçı-Publisist Tahirə xanım Qarabağlıya, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şair-Publisist Xaqan Abbasəliyə (Öztürk), İkinci Qarabağ Vətən Müharibəsi zamanı bir qolunu döyüşlərədə itirən qazi Sahil Həsənlinin anası Səadət Həsənliyə və bir çox ictimaiyyət nümayəndələrinə verilmişdir.
Çıxış edənlər tədbirin yüksək formada təşkil olunmasına və “Ağlama Şəhid Anası” adlı şeir kitabına öz şəxsi vəsaiti hesabına maddi dəstəy göstərdiyinə görə “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, İctimai Xadim Faiq müəllimə öz təşəkkürlərini bildirməklə yanaşı, gənc şairə qızımız Zeynəb Səfərlinin “Ağlama Şəhid Anası” adlı şeir kitabından danışaraq, ona da gələcək həyatında yeni-yeni uğurlar arzuladılar.
Daha sonra çıxış edən natiqlər xüsusilə “Sosial Dövlət Naminə” İctimai Birliyinin ölkəmizin ictimai həyatındakı uğurlu fəaliyyətindən söz açaraq, təşkilatın sədri Faiq Əhmədovun öz şəxsi vəsaiti hesabına regionlarda vətəndaşlarla keçirdiyi görüşlər zamanı şəhid ailələrinə və qazilərimizə maddi - mənəvi dəstək olduğunu qeyd edərək, Faiq müəllimə tutduğu bu şərəfli yolda və gələcək fəaliyyətində uğurlar arzuladılar.
Onu da qeyd edirik ki, tədbirin gedişi zamanı Azərbaycanın Xalq Artisti Gülyaz Məmmədovanın tələbəsi Gülsanə xanım Hüseynova “Ana Mən Şəhid Oldum” adlı vətənpərvər mahnısını və Səbail rayon 236 saylı tam orta məktəbinin 3B sinif şagirdləri “Yaşa Azərbaycan” adlı kompozisiyası ilə çıxış edərək şairə Zeynəb Səfərlinin “Ağlama Şəhid Anası” adlı şeir kitabından şeirlərini, 5B sinif şagirdləri isə “Sən Qalibsən Azərbaycan” adlı kompozisiyası ilə, “Ağlama Şəhid Anası” adlı mahnısını ifa etmişdilər.
Sonda çıxış üçün söz tədbirin əsil səbəbkarı “Sosial Dövlət Naminə” İctima Birliyinin fəxri üzvü, Qaydasız döyüş idman növü və Milli Rəqs üzrə həvəskar, gənc şairə Zeynəb Səfərliyə verildi. Zalda əyləşən qonaqların alqışları altında Azərbaycan Xalqının ən gənc şairəsi Zeynəb Səfərli səhnəyə dəvət edildi.
Zeynəb Səfərli kitabının təqdimatında iştirak edən bütün qonaqlara öz təşəkkürünü bildirməklə yanaşı, qeyd etmişdir ki, bu gün mənim istedadımın üzə çıxmasında, “Ağlama Şəhid Anası” adlı şeir kitabımın işıq üzü görməsində və eyni zamanda regionlarda tədbirlərimin keçirilməsində mənə göstərdiyi təmənnasız maddi – mənəvi dəstəyə görə özümündə fəxri üzvü olduğum “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, İctimai Xadim Faiq Əhmədova ailəm adından təşəkkürümü bildirirəm. Və qeyd etmək istəyirəm ki, bildiyiniz kimi bu gün Qəhrəman şəhidlərimizin keçdiyi şərəfli yol hər gün tarixə dönür. Tarix yazılan günlərin hamısı yadda qalan olmur, elə günlər var ki, onlar unudulub gedir, elə günlər də var ki, onlar unudulmur, yaddan çıxmır. Belə Qəhrəman şəhidlərimizdən biridə İkinci Qarabağ Vətən Müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Bərdə rayon şəhidi Elcan Ədalət oğlu Rəhimlidir. Və bildiyiniz kimi bir daha qeyd edirəm ki, Elcan Rəhimli eyni zamanda mənim dayımdır. İndi isə sizə öz yazdığım “Nə Olar Ağlama Şəhid Anası” adlı şeirimi səsləndirmək istəyirəm. Daha sonra Zeynəb Səfərli həvəskar rəqqasə olduğu üçün zalda əyləşən qonaqlar qarşısında Milli rəqs etdi.
Tədbirin sonunda çay süfrəsi arxasında tort kəsilərək, xatirə şəkilləri çəkildi və Zeynəb Səfərli müəllifi olduğu “Ağlama Şəhid Anası” adlı kitabını gələn qonaqlara hədiyyə etdi. Bir daha regionlar da daxil olmaqla, Sumqayıt şəhərində tədbirlərinin keçirilməsində göstərdiyi təşkilatçılığa və maddi dəstəyə görə Faiq müəllimə, mənəvi dəstəyə görə isə "Poeziya Evi"nin rəhbəri İbrahim müəllimə ayrıca təşəkkürünü bildirdi.
İlahə Məmmədova,
”Sosial Dövlət Naminə” İctimai Birliyinin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri
P.S. "Sosial Dövlət Naminə" İctimai Birliyi müstəqil bir təşkilatdır, heç bir özəl və ya dövlət qurumları tərəfindən maliyyələşmir. Təşkilatın bu günə kimi Regionlarda və Bakı şəhərində həyata keçirdiyi bütün xeyriyyə tədbirləri "Sosial Dövlət Naminə" İctimai Birliyinin daxili vəsaiti və şəxsən sədri Faiq Əhmədovun öz maddi dəstəyi hesabına həyata keçirilir.













































































