Media
Bizimlə əlaqə

XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR

Tarix:30-04-2024, 03:30
Baxış Sayı:686


    Fəxriyyə Hüseynova: "...bu sahəni hər zaman xüsusi diqqət mərkəzində saxladıqlarına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bütün təhsil işçiləri adından dərin minnətdarlığımızı bildiririk".


Sosialdovlet.az “Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili“ çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Zəfərdən yaşıl düşüncəyə" adlı tədbir keçirilmişdir.

Tədbirdə Abşeron-Xızı Regional Təhsil  Sektorunun müdiri Sənan Xəlilov, baş məsləhətçi Pərviz Əhmədov, “Sosial Dövlət Naminə” Ictimai Birliyinin sədri Faiq Əhmədov, ATİAHİ-nin sədri Fəxrəddin Eyvazov, Abşeron-Xızı Regional Təhsil Sektorunun əməkdaşı Könül Nəcəfova,  Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktoru Fəxriyyə Hüseynova, məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.

     Tədbirdə Azərbaycanın himni səsləndirildikdən sonra, Torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

   Sonra "Zəfərdən yaşıl düşüncəyə" adlı keçirilən tədbirdə məktəbin təsviri incəsənət müəlliməsi Ramilə Allahyarovanın şagirdlərinin çəkdikləri rəsm əsərləri iştirak edən qonaqlara nümayiş etdirildi.

   Eyni zamanda digər şagirdlər isə  tədbirdə iştirak edən qonaqları hazırladıqları rəqs və mahnılarla salamladılar.

   Bundan sonra çıxış edən məktəbin direktoru Fəxriyyə Hüseynova ilk növbədə tədbirə gələn qonaqları, şəhid analarını, müəllimləri, şagirdləri və onların valideynlərini, salamlayaraq öz çıxışında Azərbaycanda təhsilin inkişafına olan dövlət qayğısından söz açaraq, bu sahədə əldə olunan nailiyyətlərdən bəhs etdi.

    Məktəb direktoru bu sahəni hər zaman xüsusi diqqət mərkəzində saxladıqlarına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bütün təhsil işçiləri adından dərin minnətdarlıqlarını bildirdi.

Daha sonra  digər  natiqlərlə yanaşı  çıxış edən “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədov gələn qonaqları salamlayaraq, tədbirdə iştirak edən şəhid analarının qarşısında baş əyərək, 1 İyun Uşaqlar Günü münasibətilə  müəllimləri və şagirdləri təbrik etdi.


Həmçinin öz çıxışında İctimai Birliyin sədri Faiq Əhmədov müəllim sənətinin aliliyini xüsusi olaraq vurğulamışdı. Bu baxımdan Umummilli Lider Heydər Əliyevin fikirlərinin böyük əhəmiyyət kəsb etdiyini deyən Faiq Əhmədov  qeyd etmişdir ki; “Ümummilli Lider Heydər Əliyev hər zaman öz çıxışlarında qeyd edirdi ki, müəllim sənətindən gözəl və çətin sənət yoxdur”. Digər bir çıxışında Ümummilli Lider Heydər Əliyev uşaqlar haqqında belə deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı da, bundan asılı olacaqdır".

Faiq müəllim daha sonra çıxışında uşaqlara Makedoniyalı İsgəndərin həyatından maraqlı bir epizod barədə bəhs edərək bunları demişdi: “Bir gün Makedoniyalı İsgəndər adlı sərkərdədən soruşurlar ki, müəllimini çox sevirsən, yoxsa valideyinini? İsgəndər tərəddüd etmədən cavab verir ki, müəllimimi. Çünki valideynim məni dünyaya gətirib, müəllimim isə mənə dünyanı bəxş edib.

Əziz və sevimli balalarımız, siz də hər zaman çalışın ki, müəlliminizi çox sevəsiniz. Sevəsiniz ki, müəlliminiz də elm, savad öyrətməklə yanaşı, dünyanı da sizə bəxş edə bilsin. Bir daha bayramınız mübarək olsun!”

Sonda, tədbirin ərsəyə gəlməsində zəhməti olan müəllimlərimizə təşəkkür edilərək, xatirə şəkilləri çəkildi və məktəbin əlaçı oxuyan şagirdlərinə 1 İyun Uşaqlar Günü münasibətilə fəxri fərmanlar hədiyyə olundu.

İlahə Məmmədova,
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri

13-03-2025, 18:11 - “Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
5-03-2025, 17:47 - Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
12-01-2025, 17:20 - Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
10-01-2025, 15:49 - Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
6-01-2025, 18:46 - Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
24-12-2024, 17:41 - Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
20-12-2024, 17:20 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
“Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
6-11-2024, 16:20 - Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
19-09-2024, 10:29 - Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
2-07-2024, 09:30 - “Mənim Polisim, Məni Qoruyur”
“Mənim Polisim, Məni Qoruyur”
30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
20-03-2024, 15:40 - Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar