( ...axan və axacaq olacaq qanların məsuliyyəti, şübhəsiz,
səbəb olan və olacaq dövlətlərin üzərinə düşür.)
Və ondan da ən böyük həqiqət budur ki, 27 sentyabr 2020-ci ildə Azərbaycanla – Ermənistan arasındakı müharibə qaçılmaz idi.
Ya da biz gərək çox əsirlik tarixi olan doğma torpaqlarımızdan, ata-baba yurdumuzdan imtina edərdik.
Ancaq bütün bunlara baxmayaraq diplomatiyanın, siyasətin, tarixşünaslığın bütün səhvlərini, büdrəmələrinin əvəzini Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan ordusu və qeyrətli oğulları - Vətən, torpaq uğrunda şəhid olaraq və minlərlə oğullarımız isə fiziki sağlamlıqlarını ya tamam, ya da qismən itirərək geri aldıq.
Bir sözlə, Azərbaycan xalqı sübut etdi ki, Vətən hissi yalnız bizim qanımızda, canımızdadır.
Əsil həqiqət bunları təkcə söyləmək üçün deyil. Onu bəzən həm də sübut etməlisən.
Alman filosoflardan biri deyib ki; varlıq məhz yox olmaq təhlükəsi ilə üz-üzə qalanda mövcuddur. Başqa halda isə o şübhədir.
Bir daha qeyd etmək istəyirəm ki, 27 sentyabr 2020-ci ildə, İkinci Vətən müharibəsi zamanı biz cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz varlığımızı bir daha sübut elədik.
Hər kəsin yaxşı yadındadır ki, belə bir təhlükə ilə Azərbaycan xalqı 1993- cü ildə də qarşılaşmışdı, hələ o zaman təkcə 20% torpaqlarımızı deyil, eyni zamanda bütün Azərbaycan xalqı öz müstəqilliyini itirmək təhlükəsilə üz-üzə qalmışdı.
Təbii ki, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmasaydı əgər.
Biz istər o zaman yəni 1993-cü ildə olduğu kimi, istər 2020-ci ildə, istərsə də bu gün bir xalqın öz müqəddəratına özünün hakim olması hüququnu yer üzündə yaşayan bütün xalqlar üçün tanımışıq və tanıyırıq: bizim də bu hüquqlarımızın 30 illik işğal altında qalan torpaqlarımızın erməni terroristlərindən azad olunması nədəni ilə qeyd-şərtsiz tanınmasını istəyirik.Bütün dünya artıq bilir ki, Azərbaycan sülh tərəfdarıdır, ötən 30 ildə də məhz sülhün təminatçısı kimi çıxış etdi. Ermənistan isə bundan öz xeyrinə yararlandı.
Bu gün isə erməni terroristlərinin Qarabağda həyata keçirdikləri qanunsuz əməlləri, iğtişaş və separatizmin məsuliyyəti həm Ermənistanın, həm də onlara havadarlıq edən ölkələrin üzərinə düşür. Azərbaycan bu məsələdə heç bir cavabdehlik daşımır.
Bir daha bəyan edirik ki, qoy bütün dünya bilsin ki, bu müqəddəs və haqlı, humanist istəyimizi tanımamaq üzündən axan və axacaq olacaq qanların məsuliyyəti, şübhəsiz, səbəb olan və olacaq dövlətlərin üzərinə düşür. Biz xalq olaraq bundan sonra da ölkə rəhbəri cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşəcək, Vətənimizə uzanan bütün xain əlləri dibindən kəsəcəyik.
Bu, bizim varlığımızın və azadlığımızın rəhnidir!
Allah Xalqımızı, Ordumuzu, Ali Baş Komandanımızı qorusun!
Torpaqlarımız uğrunda canlarını qurban vermiş bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Hər birinin müqəddəs ruhu qarşısında baş əyirik!
Faiq Əhmədov,
“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri