“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədov vətəndaşların sosial imkanlarını müzakirə etmək üçün regionlarda görüşlərini davam etdirir. Vətəndaşlar bir çox problemlərin həllində bəzi məmurların biganəliyindən danışıblar
Sosialdovlet.az “Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, 10 yanvar 2025-ci il tarixində Birliyin sədri Faiq Əhmədov vətəndaşların sosial problemlərinin həlli ilə bağlı tədbir keçirmişdir.
Tədbirdə “Sosial Dövlət Naminə” İctimai Birliyinin rayon təşkilatlarının sədrləri və üzvləri, şəhidlərimizin ailə üzvləri, vətən müharibəsinin iştirakçıları və digər kateqoriyadan olan vətəndaşlar iştirak etmişdilər. Çıxışlar zamanı Vətəndaşlar regionlarda həlli vacib olan bir çox problemlərin həllində bəzi məmurların biganəliyindən danışıblar.
Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyin sədri Faiq Əhmədov açaraq hər kəsi salamladıqdan sonra, Dövlət himnimiz səsləndirildi və Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra təşkilatın sədri Faiq Əhmədov vətəndaşlarla görüşü zamanı onlara göstərilən sosial-hüquqi xidmətlərdən danışaraq qeyd etmişdir ki, rəhbəri olduğu "Sosial Dövlət Naminə" İctimai Birliyi 30 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlamış və bu gün artıq ictimai-sosial fəaliyyətinə görə ölkəmizdə öndə olan təşkilatlardan biridir.
Faiq müəllim vətəndaşlarla görüşündə onu da xüsusilə qeyd etmişdir ki, təşkilatımızın üzvlərinin regionlarda sosial sahədə apardıqları fəaliyyətlərinin ictimai əhəmiyyəti yüksəkdir. Və bundan sonra da daha yüksək olması üçün üzvlərimizin sayını artırmalıyıq. Digər bölgələrdə də vətəndaşlarla səyyar görüşlər təşkil etmək üçün yerli rayon şöbələri yaradılmalıdır.
Tədbirdə görüş zamanı 100 nəfərə yaxın vətəndaş iştirak edərək bir çoxunun şikayətləri yerindəcə araşdırılaraq öz həllini tapmışdır.
Digər vətəndaşların problemlərinin həlli üçün isə rayon sədrlərinə öz tapışırıq və tövsiyələrini vermişdir. Sonda xatirə şəkilləri çəkilmişdir.
Allah Şəhidlərimizin Ruhunu Şad,
Məqamını Uca, Etsin. Amin!
İlahə Məmmədova,
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri
P.S. Əziz izləyicilərimiz bir daha nəzərinizə çatdırırıq ki, "Sosial Dövlət Naminə" İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat, notariat, dövlət reyestrindən 30 iyun 2020-ci il tarixində qeydiyyatdan keçmiş, müstəqil bir təşkilatdır. İctimai Birlik bu günə kimi özəl və ya dövlət qurumları, donor təşkilatları tərəfindən hər hansı bir layihə hesabına maliyyələşmir. Təşkilatın bu günə kimi Regionlarda və Bakı şəhərində həyata keçirdiyi bütün xeyriyyə tədbirləri və yardımlar "Sosial Dövlət Naminə" İctimai Birliyinin öz maddi vəsaiti hesabına həyata keçirilir. Təşkilatın adından sui-istifadə etmək qəti qadağandır və yol verilməzdir.