Media
Bizimlə əlaqə

AĞLAMA ŞƏHİD ANASI - Fotolar

Tarix:16-01-2024, 17:23
Baxış Sayı:912


Faiq Əhmədov: “bizim məqsədimiz eyni hədəfdir - “Sosial Dövlət Naminə” - biz bu tədbirləri  “Sosial Dövlət Naminə” İctimai Birliyinin öz şəxsi büdcəsi hesabına həyata keçiririk”.

Sosialdovlet.az  xəbər verir ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 16 sentyabr 2024-cü il tarixində təşkilatın sədri Faiq Əhmədovun rəhbərliyi və maddi dəstəyilə İkinci Qarabağ Vətən Müharibəsi zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Şəhid Rəhimli Elcan Ədalət oğlunun bacısı qızı "Sosial Dövlət Naminə" İctimai Birliyinin fəxri üzvü, bir çox mükafatların sahibi, qaydasız döyüş idman növü üzrə rayon birincisi,  idmançı, rəqqasə, gənc şairə, 7-ci sinif şagirdi Zeynəb Səfərlinin “Qala” Gecəsi və “Ağlama Şəhid Anası” adlı yenicə 300 tirajla çapdan çıxmış kitabının təqdimatı keçirilmişdir.

Tədbirdə “Sosial Dövlət Naminə” İctimai Birliyinin bir çox rayon təşkilatlarının sədrləri və fəal üzvləri, Qazilər, Şəhid Anaları, Şəhid Ataları, onların ailə üzvləri, tanınmış şairlər, müğənnilər, muğam ifaçıları və bir çox ictimaiyyət nümayəndələri ilə yanaşı, doğmaları da iştirak edirdilər.

Bir daha qeyd edirik ki, Zeynəb Səfərlinin “Qala” Gecəsində hazırlanan səhnənin və “Ağlama Şəhid Anası” adlı 300 ədəd tirajla çapdan çıxan kitabının bütün maliyyə xərclərini “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, tanınmış  ictimai xadim Faiq Əhmədov öz üzərinə götürmüşdür.

Tədbiri giriş sözü ilə açan təşkilat sədri Faiq Əhmədov gələn qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, bu gün “Sosial Dövlət Naminə” İctima Birliyinin fəxri üzvü, Qaydasız döyüş idman növü və Milli, Ritim rəqs üzrə həvəskar, gənc şairə Zeynəb Səfərlinin yenicə işıq üzü görmüş “Ağlama Şəhid Anası” adlı kitabının təqdimatına və “Qala” Gecəsinə qatıldığınız üçün hər birinizə ayrı-ayrılıqda sox saylı üzvlərimiz adından təşəkkürümü bildirirəm.

Daha sonra Azərbaycanın himni səslənmişdir və Müstəqilliyimiz, Azadlığımız, Torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, tanınmış  ictimai xadim Faiq Əhmədov çıxışı zamanı qeyd etmişdir ki; “bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə, 07 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, yenidən cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir. Artıq bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev yenidən Azərbaycan Respublikasının növbəti dəfə prezidenti seçildi. Tədbirimizə başlamamışdan öncə  fürsətdən istifadə edib:

Hörmətli Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!

Sizi yenidən prezident seçilməniz münasibətilə öz adımdan və rəhbərlik etdiyim "Sosial Dövlət Naminə" İctimai Birliyinin çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edirəm.Sizə Uca Yaradandan uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, çətin, lakin şərəfli, ali dövləti fəaliyyətinizdə, Vətənimiz Azərbaycanın inkişafı və qüdrətli olması naminə atacağınız bütün addımlarda uğurlar arzulayıram.

Daha sonra Faiq Əhmədov çıxışı zamanı qeyd etmişdir ki;  29 sentyabr 2022-ci il tarixində cənab prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunmuşdur.

Bizdə həmin Sərəncama uyğun olaraq “Sosial-Dövlət Naminə” İctimai Birliyinin öz şəxsi vəsaiti hesabına, heç bir qurumdan və yaxud da dövlət büdcəsi tərəfindən bir manat vəsait almadan regionlarda "Heydər Əliyev - 100 İl" və “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbirlərimizi həyata keçirmişdik.

"Sosial Dövlət Naminə" İctimai Birliyi olaraq Ümummilli Lider Heydər Əliyevin 100 İlliyi ilə əlaqədar regionlarda, Xırdalan və Bakı şəhəri də daxil olmaqla öz şəxsi maddi imkanlarımız hesabına həyata keçirtdiyimiz  “Heydər Əliyev – 100 İl” və “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbirlərimizə Min nəfərdən çox vətəndaşlar qatılmışdır. Həyata keçirdiyimiz tədbirlər zamanı şəxsi vəsaitimiz hesabına Türkiyədən aldığımız min ədəd üzərində Ümummilli Lider Heydər Əliyevin şəkli olan köynəklər, medallar, fəxri diplomlar, xüsusi ölçüdə hazırlanmış baner və s. tədbirimizə dəvət etdiyimiz Ekspertlər tərəfindən müsbət qiymətləndirilmişdir.

Biz bu və bu kimi tədbirləri həyata keçirtməkdə məqsədimiz Ulu Öndər Heydər Əliyevin sosial sahədəki ardıcıl iş prinsipini və dövlətçilik uğrundakı xidmətlərini ölkəmizdə gələcək nəsillərə çatdırmaq idi.

Çünki hələ sağlığında Ümummilli Lider Heydər Əliyev uşaqlar haqqında belə deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı da, bundan asılı olacaqdır".

Elə bu səbəbdən də regionlarda tədbirlər keçirən zaman “Heydər Əliyev 100 İl” – “Uşaqlar Bizim Gələcəyimizdir“ adlı tədbirdə gənc şairə qızımız Zeynəb Səfərlidə iştirak edərək, Ümummilli Lider Heydər Əliyevin adına özünün yazdığı və söylədiyi “100 İlliyin Mübarək Heydər Baba” şeirinə görə  birinci yeri tutaraq münsüflər  heyətinin qərarı ilə “Qızıl Medalla”, “Heydər Əliyev 100 İl” Fəxri Diplomu və üzərində Heydər Əliyevin şəkli olan “Nə qədər ki, Azərbaycan var Məndə varam” adlı köynəyi ilə təltif olunmuşdur. Qeyd edim ki, Zeynəb Səfərli bu günə kimi bir çox Olimpiada və dövlət  səviyyəli tədbirlərdə iştirak edərək birinci yeri qazandığı üçün Fəxri Diplomlara və Medallara layiq görülmüşdür.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq "Sosial Dövlət Naminə" İctimai Birliyinin fəxri üzvü, bir çox mükafatların sahibi, qaydasız döyüş idman növü üzrə rayon birincisi, rəqqasə, gənc şairə Zeynəb Səfərlini öz adımdan və rəhbəri olduğum təşkilatın çoxsaylı üzvləri adından bir daha səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, sonsuz sayda xoşbəxt illər və Azərbaycan adına yeni-yeni nailiyyətlər arzulayıram!

Bir daha xüsusi olaraq qeyd edirəm ki, bizim məqsədimiz eyni hədəfdir - “Sosial Dövlət Naminə”. Bu yol bizi cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha xoşbəxt sabahlara aparır.

Onu da qeyd edək ki, tədbirdə “Sosial Dövlət Naminə” İctimai Birliyinin bir çox rayon təşkilatlarının sədrləri və fəal üzvləri, Qazilər, Şəhid Anaları, Şəhid Ataları, Şəhid Bacıları, onların ailə üzvləri, tanınmış  şairlər, müğənnilər, muğam ifaçıları və ictimaiyyət nümayəndələri ilə yanaşı, doğmaları da çıxış edərək gənc şairə qızımız Zeynəb Səfərlini təbrik edərək, gələcək həyatında yeni-yeni uğurlar arzuladılar.
 
Tədbirdə 300 nəfərdən çox  vətəndaş iştirak edirdi.

Sonda xatirə şəkilləri çəkildi və gənc şairə Zeynəb Səfərli müəllifi olduğu “Ağlama Şəhid Anası” adlı kitabını gələn qonaqlara hədiyyə etdikdən sonra, çıxış edəərək gələn qonaqlara və şəxsən "Sosial Dövlət Naminə" İctimai Birliyinin sədri Faiq Əhmədova "Qala" gecəsinin və Kitabının işıq üzü görərək təqdimatının keçirilməsində göstərdiyi maddi-mənəvi dəstəyə görə təşəkkürünü bildirmişdir.

İlahə Məmmədova,
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri

13-03-2025, 18:11 - “Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
5-03-2025, 17:47 - Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
12-01-2025, 17:20 - Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
10-01-2025, 15:49 - Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
6-01-2025, 18:46 - Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
24-12-2024, 17:41 - Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
20-12-2024, 17:20 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
“Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
6-11-2024, 16:20 - Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
19-09-2024, 10:29 - Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
2-07-2024, 09:30 - “Mənim Polisim, Məni Qoruyur”
“Mənim Polisim, Məni Qoruyur”
30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
20-03-2024, 15:40 - Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar