Media
Bizimlə əlaqə

“Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

Tarix:20-12-2024, 17:20
Baxış Sayı:616

                                            
       Artıq xəbər verildiyi kimi, Avropa Parlamentinin dekabrın 19-da keçirilən plenar iclasında ölkəmizə qarşı növbəti qərəzli qətnamə qəbul edilib. Bundan əvvəl də Azərbaycana qarşı qəbul olunan sənədlərdə olduğu kimi, bu qətnamədə də tamamilə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif olunur, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir.

           Bununla bağlı “Sosial Dövlət Naminə” İctimai Birliyi Bəyanat yayıb. İctimai Birliyin sədri Faiq Əhmədov tərəfindən imzalanmış Bəyanatda deyilir:

         “Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində öz torpaqlarını 30 illik işğaldan azad etməsi, keçən ilin sentyabr ayında özünün ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olması bu gün də müəyyən Qərb ölkələri və orada olan ermənipərəst dairələr tərəfindən həzm oluna bilmir. Bu səbəbdən artıq dördüncü ildir ki, Azərbaycan həmin qüvvələr tərəfindən davamlı olaraq informasiya hücumlarına məruz qoyulur, ölkəmizə qarşı şər və böhtan kampaniyaları səngimək bilmir. Bu mənada, Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütəmadi olaraq öz “töhfələrini” verir. O cümlədən dekabrın 19-da qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur. Bununla bağlı Avropa Parlamentinin diqqətinə ilk növbədə belə bir faktı çatdırmaq istəyirik ki, bu gün Azərbaycanda həbs səlahiyyətləri ölkənin prokurorluq və məhkəmə orqanlarına məxsusdur. Polisin funksiyası isə asayişi qorumaqdır ki, Azərbaycan polisi də bu vəzifənin öhdəsindən ləyaqətlə və yüksək səviyyədə gəlir. Şübhə yoxdur ki, Avropa Parlamentində oturan və ölkəmizdə sabitliyin pozulması barədə xəyallar yaşayan anti-Azərbaycan ruhlu qüvvələr də məhz bu səbəbdən Azərbaycan polisini və ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyini konkret hədəf kimi seçmişlər.

        Halbuki, Azərbaycan polisi bu gün ölkəmizdə ictimai asayişi, ölkədaxili təhlükəsizliyi təmin edən əsas güc mənbəyidir.

        Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin polis əməkdaşları ilə bağlı ifadə etdiyi fikirləri burada yada salmaq yerinə düşər: “Dağlıq Qarabağa iddia qaldırılanda ön cərgədə duran polis idi. Polis idi döşünü irəli verən. Polis idi vuruşan. O vaxt ordu yox idi, ordu hissələri yox idi. 1000 nəfərə yaxın polis işçisi torpaqlarımızın azadlığı uğrunda şəhid oldu”.

         Qeyd olunmalıdır ki, bu gün də Azərbaycanın Daxili İşlər orqanlarında xidmət edən insanlar həm öz vətəndaşlıq borclarına sadiqdirlər, həm də xidməti vəzifələrini ləyaqətlə yerinə yetirirlər.

        Xaricdə olan düşmən qüvvələrin məqsədi Azərbaycan polisinə qarşı mənfi rəy yaratmaqla ölkə vətəndaşları ilə polis orqanları arasında olan həmrəylik bağlantılarını zəiflətmək, bununla da respublikamızda hərc-mərclik, terror cəhdləri, kəskin cinayət halları, dövlət və dövlətçilik əleyhinə çıxışlara zəmin yaratmaqdır. Çünki həmin qüvvələr Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin edildiyindən, ölkəmizin bütün dünyaya bir sabitlik və tolerantlıq nümunəsi olmasından çox narahatdılar. Xüsusən də məlum Qərb dairələri tərəfindən törədilən bütün əngəlləri dəf edərək Azərbaycanın COP29-u ən yüksək səviyyədə, təhlükəsizlik və ictimai sabitlik şəraitində keçirilməsində Azərbaycan polisinin xüsusi rol oynaması düşmən qüvvələrin ölkəmizə qarşı hücumlarını daha da şiddətləndirmişdir.

        Bununla bağlı min nəfərdən artıq üzvü olan “Sosial Dövlət Naminə” İctimai Birliyi bəyan edir ki, Avropa Parlamentinin dekabrın 19-da qəbul etdiyi qərəzli qətnamə Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsidir. Bu rüsvayçı sənəd Fransa başda olmaqla bütün ermənipərəst qüvvələrin sifarişlərinin iradəsiz icraçısına çevrilmiş Avropa Parlamentinin riyakar siyasi simasını və marionet mahiyyətini bir daha ifşa edir.

        “Sosial Dövlət Naminə” İctimai Birliyi bütün Azərbaycan xalqı kimi bu qərəzli qətnaməni qətiyyətlə pisləyir və Daxili İşlər Nazirliyinin rəhbərliyi başda olmaqla bütün Azərbaycan polisinə birmənalı dəstəyini ifadə edir”.

                         Hörmətlə:                                             Faiq Əhmədov,
                                                                                   ”Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri
 20 dekabr 2024-cü il

13-03-2025, 18:11 - “Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
5-03-2025, 17:47 - Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
12-01-2025, 17:20 - Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
10-01-2025, 15:49 - Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
6-01-2025, 18:46 - Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
24-12-2024, 17:41 - Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
20-12-2024, 17:20 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
“Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
6-11-2024, 16:20 - Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
19-09-2024, 10:29 - Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
2-07-2024, 09:30 - “Mənim Polisim, Məni Qoruyur”
“Mənim Polisim, Məni Qoruyur”
30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
20-03-2024, 15:40 - Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar