Faiq ƏHMƏDOV: “Sosial Dövlət Naminə” İctimai Birliyi Heydər Əliyev siyasi kursuna sadiq olmaqla, gənc nəslin vətənpərvərlik ruhda tərbiyə olunmasında böyük işlər görərək, xeyriyyəçiliklə məşğul olur
“Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 13 mart 2025 – ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, İctimai Xadim Faiq Əhmədov istifadəyə hazır olan növbəti “Ümid” qeyri - qida iaşə məhsullarının topdan satış mağazasının açılışında iştirak etmişdir.
İctimai Birliyin sədri Faiq müəllim çıxışı zamanı Müstəqilliyimiz, Azadlığımız, Torpaqlarımız uğrunda dünyasını dəyişən şəhidlərimizin ruhunu yad edərək, Azərbaycan Xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, təravətli Novruz bayramı süfrənizi ruzu-bərəkətlə, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gerçək olsun!
Daha sonra Faiq müəllim rəhbəri olduğu “Sosial Dövlət Naminə” İctimai Birliyi haqqında da qısa nitq söyləyərək, qeyd etmişdir ki, 2022-ci il tarixindən başlayaraq bu günə kimi “Ümid” qeyri - qida məhsullarının topdan satış mağazası 3-cü mağazamızdır ki, istifadəyə veririk.
Biz bu mağazaları istifadəyə verərək, sosial şəbəkələrdə paylaşmağımızın məqsədi özümüzü heç də reklam etmək deyil, yeni iş yerlərinin açılmasında və işsiz vətəndaşlarımızın işlə təmin olunmasında dövlətimizin ölkəmizdə apardığı sosial siyasətinə bir mənalı şəkildə dəstək olmağımızı ifadə etməkdir.
“Sosial Dövlət Naminə” İctimai Birliyi Azərbaycanda fəaliyyət göstərən QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli İctimai Birliylərdən biridir.
Təşkilatımız Heydər Əliyev siyasi kursuna sadiq olmaqla yanaşı, dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, cəmiyyətin sosial sahədə formalaşmasında, işsizliyin aradan qaldırılmasında, eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, böyük işlər görərək xeyriyyəçiliklə məşğul olur.
Təşkilatımızın fəal üzvləri tərəfindən Birliyin sədri, İctimai Xadim Faiq Əhmədovun öz maddi dəstəyi hesabına pandemiya dövründə 611 (altı yüz on bir), işləmək qabiliyyəti olmayan aztəminatlı ailəyə ərzaq yardımı paylamış və İkinci Qarabağ Vətən Müharibəsi dövründə də şəhid ailələrinə, qazilərə maddi və mənəvi yardımlar etmişdir.
Qarabağ Vətən Müharibəsi qələbəmizlə başa çatandan sonra da bu yöndə fəaliyyətimizi durmadan davam etdiririk.
Belə ki, "Sosial Dövlət Naminə" İctimai Birliyi fəaliyyətə başladığı gündən etibarən bu günə kimi yüzə yaxın üzvünü işlə təmin etmişdir. Bundan sonra da atacağımız və atdığımız hər bir addımın kökündə Dövlətə, Prezidentə və Xalqımıza sədaqət hissi durur. Biz müxtəlif cəbhələrdə dövlət sevgisi əxz etsəkdə - yekun işimiz eyni hədəfdir - “Sosial Dövlət Naminə”. Bir daha bayramınız mübarək olsun əziz Xalqımız!
Allah Şəhidlərimizin ruhunu şad, məqamını uca, Qazilərimizə isə can sağlığı versin. Amin!
İlahə Məmmədova,
”Sosial Dövlət Naminə” İctimai Birliyinin
İctimaiətlə Əlaqələr Şöbəsinin müdiri,
P.S. "Sosial Dövlət Naminə" İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat, notariat, dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş, müstəqil bir təşkilatdır. İctimai Birliy özəl və ya dövlət qurumları, donor təşkilatları tərəfindən hər hansı bir layihə hesabına maliyyələşmir. "Sosial Dövlət Naminə" İctimai Birliyinin bu günə kimi Regionlarda və Bakı şəhərində həyata keçirdiyi bütün xeyriyyə tədbirləri və yardımları "Sosial Dövlət Naminə" İctimai Birliyinin öz şəxsi vəsaiti hesabına həyata keçirilir.



















