Görüş Zamanı Vətəndaşlar Həlli Vacib Olan Bir Çox Problemlərin
Həllində Bəzi Məmurların Biganəliyindən Danışıblar.
“Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 05 sentyabr 2024-cü il tarixindən başlayaraq 10 gün ərzində Birliyin sədri Faiq Əhmədov Ağcabədi, Ağdam, Bərdə, Yevlax, Tərtər rayonlarında və Muğanlı qəsəbəsində vətəndaşlarla sosial problemlərinin həlli ilə bağlı səyyar görüş keçirmişdir.
İlk olaraq təşkilatın sədri Faiq Əhmədov Ağcabədi rayonuna gedərək, “Sosial Dövlət Naminə” İctimai Birliyinin fəal üzvlərinin, qazilərimizin və şəhidlərimizin ailə üzvlərinin iştirakı ilə Muğanlı qəsəbəsində şəhidlərimizin adına inşa olunmuş Qəhrəmanlar parkını ziyarət edərək, torpaqlarımız, müstəqilliyimiz, azadlığımız uğrunda canını fəda etmiş, şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdilər.
Daha sonra görüşdə “Sosial Dövlət Naminə” İctimai Birliyinin rayon təşkilatlarının sədrləri və üzvləri, şəhidlərimizin ailə üzvləri, qazilər və digər kateqoriyadan olan vətəndaşlar iştirak edərək həlli vacib olan bir çox problemlərin həllində bəzi məmurların biganəliyindən danışıblar.
Təşkilatın sədri Faiq Əhmədov vətəndaşlarla görüşü zamanı onlara göstərilən sosial-hüquqi xidmətlərdən danışaraq qeyd etmişdir ki, rəhbəri olduğu "Sosial Dövlət Naminə" İctimai Birliyi 30 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlamış və bu gün artıq ictimai-sosial fəaliyyətinə və üzvlərinin sayına görə ölkəmizdə ən öndə olan təşkilatlardan biri və birincisidir.
Faiq müəllim vətəndaşlarla görüşündə onu da xüsusilə qeyd etmişdir ki, təşkilatımızın üzvlərinin regionlarda sosial sahədə apardıqları fəaliyyətlərinin ictimai əhəmiyyəti yüksəkdir. Və bundan sonra da daha yüksək olması üçün üzvlərimizin sayını artırmalıyıq.
Digər bölgələrdə də vətəndaşlarla səyyar görüşlər təşkil etmək üçün yerli rayon şöbələri yaradılmalıdır.
Beş rayondan Faiq müəllimlə sakinlər arasında səyyar görüş zamanı 100 nəfərdən çox vətəndaş iştirak edərək bir çoxunun şikayətləri yerindəcə araşdırılaraq öz həllini tapmışdır.
Digər vətəndaşların problemlərinin həlli üçün isə rayon sədrlərinə öz tapışırıq və tövsiyələrini vermişdir.
Sonda xatirə şəkilləri çəkilmişdir.
Allah Şəhidlərimizin Ruhunu Şad,
Məqamını Uca, Etsin. Amin!
İlahə Məmmədova,
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri
P.S. Sonda bir daha qeyd edirik ki, “Sosial Dövlət Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 30 iyun 2020-ci il tarixində rəsmi qeydiyyatdan keçərək müstəqil təşkilat kimi fəaliyyət göstərir və bu günə kimi hər hansı bir donor təşkilatları, özəl və ya dövlət qrumları tərəfindən maliyələşmir. Təşkilatın bu günə kimi Regionlarda və Bakı şəhərində həyata keçirdiyi tədbirlər “Sosial Dövlət Naminə” İctimai Birliyinin öz daxili imkanları hesabına həyata keçirilmişdir.














































