“Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, təşkilatın sədri Faiq Əhmədov Azərbaycan Xalqını, Şəhidlərimizin Ailə Üzvlərini və Döyüşlər Zamanı Sağlamlığını İtirmiş Qazilərimizi, Novruz Bayramı Münasibəti İlə Səmimi Qəlbdən Təbrik Edərək, Uzun Ömür, Həyatda Ən Gözəl Nemət Olan Möhkəm Cansağlığı, Ailə Səadəti Arzulamışdır.
Xüsusilə qeyd edirik ki, Novruz Bayramı münasibətilə təşkilatımıza müraciət edən 20-yə yaxın aztəminatlı ailəyə "Sosial Dövlət Naminə" İctimai Birliyinin sədri Faiq Əhmədovun təşəbbüsü ilə, fəal üzvləri tərəfindən 19-20 mart 2024-cü il tarixlərində ərzaq yardımı verilmişdir.
Təravətli Novruz Bayramı Süfrənizi Ruzi-bərəkətlə, Qəlbinizi Xoş Hislərlə Doldursun.
Novruz Bayramınız Mübarək Olsun!
Allah Şəhidlərimizin Ruhunu Şad,
Məqamını Uca, Etsin. Amin!
İlahə Məmmədova,
"Sosial Dövlət Naminə" İctimai Birliyinin
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri,
P.S . Qeyd edirik ki, əlamətdar günlərlə əlaqədar olaraq, həyata keçirilən xeyriyyə aksiyalarımız və tədbirlərimiz hər hansı bir dövlət və ya özəl qurumlar tərəfindən maddi dəstək almayaraq “Sosial Dövlət Naminə” İctimai Birliyinin öz daxili imkanları hesabına həyata keçirib.






