Təşkilatın sədri Faiq Əhmədov İctimai Birliyin Üzvlərinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Münasibətilə Bayram Sovqatı Vermişdi
“Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 31 dekabr 2024-cü il tarixində Birliyin sədri Faiq Əhmədov təşkilatın üzvlərilə birlikdə, Bərdə rayonunun Alpout və Güloğlular kəndində, 27 sentyabr 2020-ci il tarixində, II Qarabağ Vətən Müharibəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimiz, evin tək oğulları olan Elcan Rəhimlinin, Fəxri Qəribzadənin və Hacıqabul rayonunun Tava kəndində Məsud Mirzəyevin, Xaçmaz rayonunun Mirzəmməd kəndində isə Sərxan Mirzəməmmədovun ailə üzvlərini ziyarət edərək onlara təşkilatımız adından hədiyyələr vermişdir.
Ziyarət zamanı təşkilatın sədri Faiq Əhmədov “Sosial Dövlət Naminə” İctimai Birliyinin üzvləri olan şəhid Elcan Rəhimllinin anası Bəsti xanım Rəhimova və Fəxri Qəribzadənin anası Mehparə xanım Qəribzadə ilə də görüşərək onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik etmiş, bayram sovqatları vermişdi.
Daha sonra təşkilatın üzvləri və sədri Faiq Əhmədov 01 yanvar 2025-ci il tarixində Ağcabədi rayonunun Arazbar kəndinə gedərək “Sosial Dövlət Naminə” İctimai Birliyinin, “Ağsaqqallar Şurası”nın sədri Mirbaba Mənsimovun və təşkilatın üzvü Qarabağ Döyüşçüsü Taleh Seyidovun ailəsini ziyarət edərək bayram sovqatı vermişdilər.
Onuda qeyd edirik ki, ziyarətdə təşkilatın sədri Faiq müəllimlə yanaşı, “Sosial Dövlət Naminə” İctimai Birliyinin fəxri üzvü, tanınmış ən gənc şairə, "Ağlama Şəhid Anası" kitabının müəllifi Zeynəb Səfərlidə iştirak edirdi.
Allah Şəhidlərimizin ruhunu şad, məqamını uca, etsin.
Uca Yaradandan isə Qazilərimizə can sağlığı arzu edirik.
İlahə Məmmədova,
”Sosial Dövlət Naminə” İctimai Birliyinin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri,
P.S. "Sosial Dövlət Naminə" İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat, notariat, dövlət reyestrindən 30 iyun 2020-ci il tarixində qeydiyyatdan keçmiş, müstəqil bir təşkilatdır. İctimai Birlik bu günə kimi özəl və ya dövlət qurumları, donor təşkilatları tərəfindən hər hansı bir layihə hesabına maliyyələşmir. Təşkilatın bu günə kimi Regionlarda və Bakı şəhərində həyata keçirdiyi bütün xeyriyyə tədbirləri və yardımlar "Sosial Dövlət Naminə" İctimai Birliyinin şəxsən Faiq Əhmədovun öz maddi vəsaiti hesabına həyata keçirili

























