“Sosial Dövlət Naminə” İctimai Birliyinin nümayəndələri Anım
Günündə Şəhidlərimizin Əziz Xatirəsini Ehtiramla Yad Ediblər
27 sentyabr 2026-cı il tarixində — Zəfər tariximizin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım Günündə təşkilatın regional nümayəndəlikləri və fəal üzvləri tərəfindən genişmiqyaslı ziyarət tədbirləri keçirilib.
“Sosial Dövlət Naminə” İctimai Birliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, ölkəmizin müxtəlif bölgələrində baş tutan mərasimlərdə “Sosial Dövlət Naminə” İctimai Birliyinin rayon təşkilatlarının rəhbərləri və fəalları Şəhidlər Xiyabanlarını ziyarət edərək, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə ehtiram əlaməti olaraq təravətli güllər düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Anım mərasimlərində Bərdə rayon təşkilatının sədri — iki şəhidimiz Mahir və Tahir Cəfərovların bacısı Nərgiz Cəfərova, Lənkəran rayon təşkilatının sədri Gülarə Hacıyeva, Birliyin Qadınlar Şurasının sədri — II Qarabağ Vətən Müharibəsi şəhidi Elnurun anası Gülçöhrə Talıbova, Abşeron rayon Qadınlar Şurasının sədri Zülfiyyə İsmayılova (Qax rayonuna gedərək), Gədəbəy rayon Qadınlar Şurasının sədri Könül Quluzadə, Şamaxı rayon təşkilatının sədri Ələkbər Rəsulov, İsmayıllı rayon təşkilatının sədri Heydər Cəbrayılov və birliyin bir qrup fəal üzvüləri yaxından iştirak ediblər.
Tədbirlər çərçivəsində İctimai Birliyin nümayəndələri təkcə şəhidlərimizin əbədiyyətə qovuşduğu məkanları ziyarət etməklə kifayətlənməyib, eyni zamanda Vətən müharibəsinin canlı şahidləri və qəhrəmanları olan Qazilərimizlə də həsrətdolu, səmimi görüşlər keçiriblər. Qazilərin sağlamlıq vəziyyəti, qayğıları ilə maraqlanan təşkilat təmsilçiləri onlara möhkəm cansağlığı, uzun ömür və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.
“Sosial Dövlət Naminə” İctimai Birliyi bundan sonra da şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının yanında olmağı, onların sosial və mənəvi müdafiəsinə töhfə verməyi özünün prioritet fəaliyyət xətti kimi davam etdirəcəkdir.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Hazırladı: İlahə Aris qızı Məmmədova,
"Sosial Dövlət Naminə" İctimai Birliyinin İctimaiətlə Əlaqələr Şöbəsinin müdri


























