Birliyin Təftiş-Nəzarət Komissiyası Yaradıldı
“Sosial Dövlət Naminə” İctimai Birliyinin 2024-cü ilin yekunlarına həsr olunmuş böyük tərkibdə konfransı keçirilmişdi
“Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Birliyin sədri Faiq Əhmədovun rəhbərliyi və İdarə Heyətinin, rayon təşkilat sədrlərinin, fəal üzvlərin iştirakı ilə 2024-cü ilin yekunlarına həsr olunmuş böyük tərkibdə konfransı keçirilmişdi.
Konfrans öz işinə başlamamışdan öncə Azərbaycan himni oxundu. Ardınca Müstəqilliyimiz, Azadlığımız və Torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizin ruhu bir dəqiqəlik sukutla yad edildi.
Daha sonra Konfransda bəzi məsələ müzakirəyə çıxarılmışdı!
1. “Sosial Dövlət Naminə” İctimai Birliyinin Təftiş-Nəzarət komissiyasının yaradılması;
2. “Sosial Dövlət Naminə” İctimai Birliyinin Nizamnaməsinə uyğun olaraq rayon təşkilat sədrlərinə və üzvlərinə bəzi səlayiətlərin verilməsi nəzərdə tutulmuşdur:
Konfransı Birliyin sədr müavini və İdarə Heyyətinin üzvü Firdovsi Kazımov giriş sözü ilə açaraq iştirakçıları salamlamış və çıxış üçün söz “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədova vermişdir.
Faiq müəllim hesabat məruzəsi ilə çıxış edərək “Sosial Dövlət Naminə” İctimai Birliyinin fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişdi. Konfrans iştirakçılarına çıxışı zamanı bildirmişdir ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin cəmiyyətində özünəməxsus yeri vardır.
Təşkilatımız Heydər Əliyev siyasi kursuna sadiq olmaqla yanaşı, dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində, cəmiyyətin sosial sahədə formalaşmasında, eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük işlər görərək xeyriyyəçiliklə məşğul olmuşdur.
Daha sonra Bakı şəhər Yasamal, Nizami, Nərimanov, Sabunçu rayon təşkilatılarının sədrləri, Mədəniyyət Şöbəsinin Müdri, Mərdakan Mədəniyyyət şöbəsinin müdri və digər yoldaşlarada söz alaraq çıxışları zamanı “Sosial Dövlət Naminə” İctimai Birliyinin fəaliyyətindən bu günə kimi razı qaldıqlarını qeyd edərək qənaət bəx olduğunu qeyd etmişdilər.
Çıxışlar bitdikdən sonra, İclasa sədrlik edən Firdovsi Kazımov təklif etdi ki;
1. “Sosial Dövlət Naminə” İctimai Birliyinin daha effektli idarə edilməsi məqsədiylə tədbir iştirakçılarının təkliflərinə uyğun olaraq 5(beş) nəfərdən ibarət olmaqla “Sosial Dövlət Naminə” İctimai Birliyinin Təftiş-Nəzarət komissiyası yaradılsın;
2. “Sosial Dövlət Naminə” İctimai Birliyinin Təftiş-Nəzarət komissiyasının 5(beş) nəfərdən ibarət tərkibdə üzvləri və sədr səsvermə yolu ilə seçilsin;
3. “Sosial Dövlət Naminə” İctimai Birliyinin Nizamnaməsinə uyğun olaraq rayon təşkilat sədrlərinin və üzvlərinin bəzi səlayiətlərinin artılıması nəzərdə tutulsun;
“Sosial Dövlət Naminə” İctimai Birliyinin, İdarə Heyətinin sədri Faiq Əhmədovun, İdarə Heyyətinin üzvlərinin və Birliyin rayon sədrlərinin sosial sahədə fəaliyətlərinə nəzarətin və şəffaflğın artırılması üçün təftiş-nəzarət komissiyasının yaradılması məqsədilə səsvermə yolu ilə 5(beş) nəfərdən ibarət Birliyin Təftiş-Nəzarət komissiyasının yaradılması təklifi səsvermə yolu ilə səsə qoyulduqdan sonra
Qərara alındı:
2.1. “Sosial Dövlət Naminə” İctimai Birliyinin, Təftiş-Nəzarət Komissiyasının 5(beş) nəfərdən ibarət tərkibdə yaradıldı;
2.2. “Sosial Dövlət Naminə” İctimai Birliyinin, Təftiş-Nəzarət Komissiyasının 5(beş) nəfərdən ibarət tərkibdə üzvləri və sədri seçildi;
2.2. “Sosial Dövlət Naminə” İctimai Birliyinin Nizamnaməsinə uyğun olaraq rayon təşkilat sədrlərinin və üzvlərinin bəzi səlayiətləri artılıraq əlavə vəzifələr və öhdəliklər verildi.
Konfransın sonunda xatirə şəkilləri çəkildi.
İlahə Məmmədova:
"Sosial Dövlət Naminə" İctimai Birliyinin
İctimaiətlə Əlaqələr Şöbəsinin müdri