Biz müxtəlif cəbhələrdə dövlət sevgisi əxz edirik.
Yekun işimiz eyni hədəfdir - “Sosial Dövlət Naminə” - Prezidentə, Dövlətə və Xalqımıza sədaqət!
Faiq Əhmədov: Fürsətdən istifadə edib Dünya Müsəlmanlarını müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Eyni zamanda qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan Xanımlarını təbrik edərək, hər birinə ayrı-ayrılıqda uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
SosialDovlet.az
- xəbər verir ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, təşkilatın sədri, ictimai xadim Faiq Əhmədovun iştirakı və Birliyin İctimaiətlə Əlaqələr Şöbəsinin müdiri, “PianoBaku1” musiqi tədris mərkəzinin rəhbəri xanım İlahə Məmmədovanın təşkilatçılığı ilə 01 mart 2025-ci il tarixində İctimai Birliyin, İctimaiətlə Əlaqələr Şöbəsinin müdiri xanım İlahə Məmmədovanın rəhbəri olduğu “PianoBaku1” musiqi tədris mərkəzinin tədbiri keçirilmişdi.
Tədbirdə “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, İctimai Xadim, bir çox mükafatların Laureatçısı Faiq Əhmədov, Birliyin Könüllülərdən ibarət üzvləri və “PianoBaku1” musiqi tədris mərkəzinin şagirdləri ilə yanaşı onların doğmaları da iştirak edirdilər.
Tədbir başlamamışdan öncə Azərbaycan himni oxundu. Ardınca Müstəqilliyimiz, Azadlığımız və Torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan “Sosial Dövlət Naminə” İctimai Birliyinin, İctimaiətlə Əlaqələr Şöbəsinin müdiri “PianoBaku1” musiqi tədris mərkəzinin rəhbəri xanım İlahə Məmmədova şagirdlərini və gələn qonaqları salamlayaraq qeyd etmişdir ki; "Bu gün bu müqəddəs məkanda Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində sizləri görməkdən çox məmnunuq. Yəni körpə addımlarını atan “PianoBaku1” musiqi tədris mərkəzimiz adından sizlərə bir daha xoş gəlmisiz deyirik.
Əziz tədbir iştirakçıları, bildirmək istəyirəm ki, ifa olunan hər bir musiqi nömrəsinin arxasında valideyn, tələbə və müəllimin çox böyük zəhməti, əməyi, səbri, sevinci və həyəcanı durur. Ona görə də ilk növbədə sizləri və tələbələrimizi alqışlamağınızı xahiş edirəm. Çox sağ olun!
Musiqi həyata sadəcə xoş bir əlavə deyil, o həyata gözəllik və məna bəxş edir. İnsan ruhuyla bağlı olduğuna görə həyatın hər dönəmində ona yardımçı olan möcüzəvi bir vasitədir.
90 yaşlı məşhur musiqiçi Pablo Kazales deyirdi: "Bəzən mən səhərlər oyanmaq istəmirəm, ama xatırlayanda ki, Baxın musiqisini dinləyəcəm, mən bir daha, bir daha yaşamaq istəyirəm".
Bəli bu gün 1 saatlıq da olsa qəlbinizdə düşündüklərinizi unudun və özünüzü musiqinin gözəlliyinə qərq edin.
Bu zaman siz işlərinizə təravətli və yeni sənət anlayışı ilə qayıdacaqsınız. Buyurun dinləyin və bunu da bilin ki, sabah bu ifaçılar arasında bəlkə də məşhur bəstəkar, dünya səhnələrini fəth edən pianoçu və musiqiçi yetişir.
Beləliklə sizləri kursumuzun balaca fidanlarının və tələbələrinin ifalarını dinləməyi rica edirik".
Qeyd edirik ki, hava şəraitini və Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyinin şəraitini nəzərə alaraq “PianoBaku1” musiqi tədris mərkəzinin 100 nəfərə yaxın olan şagirdlərindən, Pianoda öz musiqilərini ifa etmək üçün aşağıda adlarını çəkdiyimiz; Musayeva Asiya 3-cü sinif, Əmrahova Mələk 4-cü sinif, Binnet Süleyman 1-ci sinif, Agayeva Cahan 3-cü sinif, Dosiyeva Dəniz 2-ci sinif, Həsənli Ayan 3-cü sinif, Demirkale Elif 2-ci sinif, Sezer Melisa 1-ci sinif, Zeynep Derin Çamdal 2-ci sinif, Doruk Çamdal 2-ci sinif, Salayeva Amina 2-ci sinif və könüllülərdən Quliyev Huseyn, Abdulova Günel, Abasova Rəhimə iştirak edirdilər.
Daha sonra çıxış üçün söz “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, İctimai Xadim Faiq Əhmədova verildi.
Faiq müəllim çıxışı zamanı qeyd etdi ki: "Bu gün 1 mart Dünya Müsəlmanlarının müqəddəs Ramaz ayının başlandığı ilk gündür. Bu müqəddəs ay münasibətilə Dəyərli Azərbaycan Xalqını və Dünya Müsəlmanlarını təbrik edirəm. Eyni zamanda fürsətdən istifadə edib qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhidlərimizin və Qazilərimizin Anaları, Bacıları, Xanımları, Qız övladları da başda olmaqla bütün Azərbaycan Xanımlarını təbrik edərək, hər birinə ayrı-ayrılıqda uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".
Daha sonra təşkilat sədri Faiq müəllim, “Sosial Dövlət Naminə” İctimai Birliyinin ölkəmizdə heç də sıradan bir təşkilat olmadığını bildirmişdir. Qeyd etmişdir ki, sədri olduğu təşkilat 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Regionlarda, Bakıda və Xırdalan şəhərində 1000(bir min)-dən çox vətəndaşın iştirakı ilə öz şəxsi vəsaiti hesabına "Heydər Əliyev - 100 il" - "Uşaqlar Bizim Gələcəyimizdir" adlı tədbir və müsabiqələr keçirmişdir.
Həmin müsabiqələrdə iştirak edən və qalib olan orta məktəb şagirdləri, şəhid və qazi övladları Xüsusi Hədiyyələrlə və Medallarla təltif olunmuşdular.
Məlumunuz olsun ki, “Sosial Dövlət Naminə” İctimai Birliyi Azərbaycanda fəaliyyət göstərən QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir. Təşkilatımız pandemiya dövründə 611 (altı yüz on bir), işləmək qabiliyyəti olmayan aztəminatlı ailələrə ərzaq yardımı paylamış və İkinci Qarabağ Vətən müharibəsi dövründə isə şəhid ailələrinə, qazilərə maddi və mənəvi yardımlar etmiş, dövlətimizin sosial siyasətinə birmənalı şəkildə dəstək verməklə, bu müstəvidə dövlətimizin etibarlı tərəf müqabili kimi çıxış etmişdir.
Qarabağ Vətən Müharibəsi qələbəmizlə başa çatandan sonra da bu yöndə fəaliyyətimizi durmadan davam etdirmişik.
Bundan sonra da atacağımız və atdığımız hər bir addımın kökündə Dövlətə, Prezidentə və Xalqımıza sədaqət hissi durur. Biz müxtəlif cəbhələrdə dövlət sevgisi əxz edirik. Yekun işimiz eyni hədəfdir - “Sosial Dövlət Naminə”.
Bu gün də Dahi Bəstəkar Dirijor Niyazinin Ev Muzeyində "Sosial Dövlət Naminə" İctimai Birliyinin İctimaiətlə Əlaqələr şöbəsinin müdiri və “PianoBaku1” musiqi tədris məktəbinin rəhbəri xanım İlahə Məmmədovanın təşkilatçılığı ilə keçirdiyimiz növbəti tədbirimiz də həmin böyük layihələrimizin bir hissəsidir.
Birliyimizin İctimaiətlə Əlaqələr şöbəsinin müdiri və “PianoBaku1” musiqi tədris məktəbinin rəhbəri İlahə xanım tanınmış ictimaiətçi, aparıcı və gözəl ana olmaqla yanaşı, eyni zamanda da gözəl musiqiçidir. Bir daha hörmətli İlahə xanım, Sizi yeni yaratdığımız “PianoBaku1” musiqi tədris mərkəzinin rəhbəri olmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Fürsətdən istifadə edib Sizə həyatda uzun ömür, möhkəm cansağlığı və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi və"Sosial Dövlət Naminə" İctimai Birliyinin İctimaiətlə Əlaqələr şöbəsinin müdiri, “PianoBaku1” musiqi tədris mərkəzinin rəhbəri, Vətənpərvər xanım İlahə Məmmədovaya - Mədəni irsimizin inkişafında gənc nəslin yetişməsində göstərdiyi xidmətlərinə görə “Azərbaycan Bayrağı və Döş Nişanı” Fəxri Diplomu, musiqi təhsilindəki davamiyyətlərinə, keçirilən tədbirdə ifa etdikləri uğurlu musiqi parçasına görə “PianoBaku1” musiqi tədris mərkəzinin şagirdləri isə “Qarabağ Azərbaycandır” Fəxri Diplomu və xüsusi hədiyyələrlə təltif olundular.
Hamlet Abbasov,
”Sosial Dövlət Naminə” İctimai Birliyinin,
Mətbuat Xidmətinin rəhbəri




















































