Media
Bizimlə əlaqə

Sosial qanunvericilik sahəsində islahatlar

Tarix:7-09-2020, 22:23
Baxış Sayı:1 062


Sosial siyasət hər bir dövlətin daxili siyasətinin mühüm tərkib hissəsi olub, cəmiyyətin müxtəlif təbəqələri arasında münasibətlərin tənzimlənməsinə, əhalinin yaşam keyfiyyətinin və həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş tədbirlər sistemidir. Sosial siyasətin əsas məqsədi cəmiyyətin müxtəlif sosial qrupları arasındakı qeyri-bərabərliyin tədricən aradan qaldırılması və maddi-mənəvi sərvətlərin bölüşdürülməsində sosial ədalətin təmin edilməsidir. İqtisadiyyatla sıx bağlıdır, ancaq onun törəməsi deyildir.
 
Sosial siyasət sosial sahədə qanunvericilik və sosial proqramların icrası şəklində həyata keçirilir. Onun əsas istiqamətləri bunlardır: təhsil, səhiyyə, mənzil təminatı, sosial müdafiə, işsizliyin və yoxsulluğun aradan qaldırılması. Azərbaycan Respublikası sosial dövlətdir və əhalinin sosial inkişaf təminatları konstitusiyamızda təsbit olunmuşdur.
 
Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi bizim siyasətin mərkəzində Azərbaycan xalqı dayanır, onun sosial rifahının gündən-günə yaxşılaşdırılması dayanır. Sosial islahatlar bütün dövrlərdə və bütün ölkələrdə ən çətin, ağır gedişli və daha çox məsuliyyət tələb edən islahatlardır. Məhz buna görə də, ölkəmizdə sosial islahatlara siyasi, hüquqi, iqtisadi islahatların davamı olaraq ötən əsrin 90-cı illərinin sonlarından başlanmışdır.
 
Ümummilli lider Heydər Əliyevin fərmanları ilə təhsil, sosial təminat və sosial sığorta sahələrində islahatlar konsepsiyası işlənib hazırlanmışdır. Ölkənin səhiyyə siyasətinin həyata keçirilməsi üçün baza qanunu olan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla yanaşı, bu sahədə gələcək islahatların anonsunu verən “Özəl tibb fəaliyyəti haqqında” və “Tibbi sığorta haqqında” qanunlar da məhz bu dövrdə qəbul edilmişdir. 

Ulu öndər Heydər Əliyevin başladığı sosial islahatlar 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Proqramlarla idarə etmək metoduna üstünlük verən Prezident İlham Əliyevin fərmanları ilə “Regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramları”, təhsil, səhiyyə, sosial müdafiə, demoqrafik inkişaf, məşgulluq, yoxsulluğun azaldılması, sosial evlər, məcburi köçkünlərin məskunlaşması və s. sahələrdə onlarca proqram  qəbul edilib həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox sosial, humanitar layihələr, o cümlədən ailə quran şəxslərin nikahdan əvvəl icbari tibbi müayinəsinin həyata keçirilməsi, ana və uşaqların mühafizəsi, talassemiya və hemofiliya xəstələrinə dəstək haqqında, habelə valideyn himayəsindən məhrum uşaqların, I və II qrup əlil uşaqların təhsil haqlarının ödənilməsinin dövlət büdcəsi tərəfindən həyata keçirilməsini təmin edən qanunvericilik aktlarının qəbulu təhsil və səhiyyə sahəsində islahatların növbəti mərhələsi kimi olduqca əhəmiyyətlidir.

2014-cü ildə ümumdünya maliyyə-iqtisadi böhranının 3-cü mərhələsi baş verdi və bu böhran iqtisadiyyatı neftlə bağlı olan digər ölkələrdə olduğu kimi, Azərbaycanın da milli valyutasının devalvasiyasına gətirib çıxartdı. Cənab Prezidentin regionların harmonik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi konsepsiyasını uğurla həyata keçirən hökumətimiz böhranın mənfi təsirlərini qısa müddətdə aradan qaldıra bildi.

Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə 2016-cı ildə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq olundu. Bununla da sosial iqtisadi inkişafımız yeni mərhələyə qədəm qoydu. 2018-ci ildə iqtisadiyyatın yüksəlişi sosial islahatların yeni mərhələsinə başlamaq üçün maliyyə təminatları yaratmış oldu.

ASAN, ABAD, DOST xidmətlərinin, özünüməşğulluq proqramlarının uğurla icra edilməsi də sosial islahatların əməli nəticəsi kimi dəyərləndirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman bildirir ki, bizim siyasətin mərkəzində Azərbaycan xalqı və onun sosial rifah halı dayanır. Keçən ilin sonunda ölkə başçısı öz ad günündə min məcburi köçkün ailəsi üçün Abşeron rayonunda salınmış yaşayış kompleksinin açılış mərasimində iştirak etdi. Daha sonra 2019-cu ilin ilk ayında bir qrup şəhid ailəsini qəbul etdi, onlarla görüşdü və sonra imzaladığı sərəncamla 1997-ci ilə qədər şəhid olmuş, lakin sığorta haqqını almamış, yaxud da o dövrün məzənnəsi ilə sığorta haqqı almış 12 min 750 nəfərə 11 min manatlıq birdəfəlik müavinətin verilməsi ilə bağlı sərəncam imzaladı. Dövlət büdcəsindən bu məqsədlə təxminən 130 milyon manat vəsait ayrıldı.
 
 Azərbaycan dövləti sosial yönümlü bir dövlətdir. Cənab Prezidentin də siyasəti həmişə ondan ibarətdir ki, bizim iqtisadiyyatımız inkişaf etdikcə, əhalimizin də sosial müdafiəsi gücləndirilsin. Yəni, iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial müdafiəsinə, rifahının güclənməsinə yönəldilsin. Bu, hər zaman belə olub və həmişə Azərbaycanın siyasətində sosial siyasət prioritet istiqamət təşkil edib.

2019-cu il isə Azərbaycan dövlətçiliyi tarixinə rifah, sosial müdafiə sahəsində xüsusi əhəmiyyətli bir il kimi düşüb. Məhz bu il ərzində dövlət başçısı tərəfindən iki sosial müdafiə paketi imzalandı. Təxminən, 30-a yaxın fərman və sərəncam oldu ki, bunlar da əhalinin sosial rifahının yüksəlməsinə təkan verdi. Bu fərman və sərəncamların nəticəsində 4 milyon 200 min nəfər Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşdı. 
Pensiyalar, əmək haqları, sosial müavinətlər, təqaüdlər artdı, banklara on min dollara qədər kredit borcu olanların problemi öz həllini tapdı və s. Bu fərman və sərəncamların içərisində xüsusi yer tutan bir fərman isə minimum əməkhaqqının artırılması ilə bağlı oldu. Bu ilin əvvəlində minimum əməkhaqqı ölkə üzrə 130 manat təşkil edirdi. Cənab Prezidentin sosial islahatlar sahəsindəki birinci paketindəki sərəncama uyğun olaraq minimum əmək haqqı 130 manatdan 180 manata qaldırılmışdı. Yəni, bu rəqəm 50 manat məbləğində artmışdı. Sonrakı paketdə isə bu rəqəm daha da artırılaraq 250 manata çatdırıldı. Demək olar ki, bir il ərzində minimum əməkhaqqı Azərbaycanda iki dəfə artırıldı. Bu artım sayəsində minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında ikinci yerə yüksəlmiş oldu. Həmin fərmanın nəticəsində təkcə büdcə təşkilatında deyil, eyni zamanda, özəl sektorda çalışan vətəndaşlarımızın da əmək haqqları artırılmış oldu. Artıq sentyabrın 1-dən bu fərman qüvvəyə minib. Seçicilərimizlə görüşlərdə onlar cənab Prezidentə minnətdarlıqlarını bildirirlər. Bütövlükdə, dövlət başçısının apardığı siyasət xalqa yönəlik siyasətdir və xalqın sosial müdafiəsi daim ön planda durur.

Əhalinin xidmət sahələrində məmnunluğunun təmin edilməsi üçün məmur–vətəndaş təmasının minimuma endirilməsi, vətəndaşların müraciətlərinə yüksək mədəniyyətlə və şəfqətlə yanaşılması, eyni zamanda, bu müraciətlərin qısa müddət ərzində baxılması və təmin olunması vətəndaşın dövlətə olan inamını, sevgisini artıran amillərdir. Prezident İlham Əliyev sosial sahələrdə olan problemlərin günümüzün çağırışlarına uyğun şəkildə həlli üçün çox ciddi islahatların aparılmasına start verib.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində də çox ciddi islahatlar gedir. Əhaliyə göstərilən sosial xidmətlərin elektronlaşdırılması, operativləşdirilməsi və bu sahədə vətəndaşlara dəstək verilməsi istiqamətində dünyanın ən qabaqcıl təcrübələri öyrənilir və tətbiq edilir. Bunlardan da biri DOST mərkəzlərinin yaradılmasıdır. Dövlət qurumlarına tapşırıqlar verilib ki, DOST mərkəzlərinin bütün ölkə ərazisində qısa müddət ərzində qurulması və əhaliyə xidmət göstərməsi təmin olunsun. DOST mərkəzlərinin əsas funksiyası vətəndaşa layiqli, qısa müddət ərzində mədəni xidmət göstərmək, onların sosial ehtiyaclarını öyrənmək və bu ehtiyacların təmin olunması istiqamətində tədbirlər görməkdir. 
DOST mərkəzlərinin açılışında cənab Prezident çox doğru olaraq vurğuladı ki, bu mərkəzlər sosial sahədə “ASAN xidmət”in analoqudur. Bu, ən yeni yanaşma üsuludur, dünyada heç yerdə yoxdur. DOST mərkəzlərinin yaradılması ilə qısa müddətdə Azərbaycan vətəndaşları müsbət dəyişiklikləri hiss edəcəklər.

Azərbaycan Prezidentinin ən əhəmiyyətli sosial islahat proqramlarından biri kimi gələn ildən fəaliyyətə başlayacaq icbari tibbi sığorta layihəsi səhiyyə sahəsində bir çox problemlərin həllinə imkan yaradacaqdır. İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyədə uzun illərdir həllini tapa bilməyən problemlər aradan qaldırılacaq. İcbari tibbi sığorta bütün dünyada səhiyyənin maliyyələşməsinin və idarə edilməsinin ən optimal və sınaqdan çıxmış modelidir. Bu sistemə keçid Azərbaycan üçün labüddür. Neçə ildir ki, bu məsələ üzərində iş gedir. Prezident İlham Əliyevin fərman və sərəncamları ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, daha sonra isə TƏBİB publik hüquqi şəxs yaranıb. Ötən ilin sonunda Milli Məclis tərəfindən “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilib.

 İcbari tibbi sığorta pilot layihə kimi 3 rayonda fəaliyyət göstərir. Bununla bağlı çox gözəl təcrübə və nəticələr var. Gələn ildən artıq Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta fəaliyyətə başlayacaq. Dünya təcrübəsinin ətraflı öyrənilməsi nəticəsində Azərbaycan üçün kifayət qədər uğurlu bir model seçilib. Bu layihədə bir çox dünya ölkəsinin təcrübəsi toplansa da, bu, sırf Azərbaycan modelidir. Burada Azərbaycan reallığı, əhalinin məşğulluğu, əmək haqqı gəlirləri, ölkədə tibbin problemləri, üstünlükləri və digər məqamlar nəzərə alınıb. 
Müşahidələr göstərir ki, əhalinin icbari tibbi sığortaya ehtiyacı, ümidi və ciddi gözləntiləri çoxdur. Hesab edirəm ki, icbari tibbi sığorta gələn ildən Azərbaycanda uğurla fəaliyyətə başlayacaq. Bu gün səhiyyənin çətinlikləri, problemləri var. İcbari tibbi sığortanın tətbiqindən sonra isə bu çətinliklər, problemlər aradan qalxacaq, xidmətin səviyyəsi, keyfiyyəti yüksələcək, sağlam rəqabət yaranacaq. Səhiyyədə uzun illərdir kök salan və öz həllini tapa bilməyən bürokratik əngəllər, rüşvət, korrupsiya və digər mənfi meyllər tamamilə aradan qaldırılacaq. Düşünürəm ki, icbari tibbi sığorta Azərbaycan xalqının ümidlərini doğruldacaq.

Sosial sahədə islahatlar bundan sonra da uğurla davam edəcəkdir. Məlumdur ki, sosial sahədə qanunlar, Prezidentimizin fərman və sərəncamları, dövlət proqramları, hökumət qərarları sosial şifarişlər əsasında, ictimai rəy, dünya təcrübəsi və meyilləri ətraflı öyrənilib təhlil edilərək, büdcə imkanları nəzərə alınaraq qəbul olunur. Sosial qanunvericiliyin davamlı təkmilləşdirilməsi də gündəmdədir.
 
Ünvanlı yardım proqramının təkmilləşdirilməsi, sosial müavinət növlərinin restrukturizasiyası, ehtiyac meyarının yaşayış minimumuna çatdırılması, minimum istehlak səbətinə daxil olan mal və xidmətlərin çeşidinin və miqdarinin artırılması məsələləri, habelə təhsil kreditləri, atasız qız uşaqlarının ödənişli təhsil haqqından azad edilməsi, məktəblilərin ictimai nəqliyyatdan güzəştli istifadəsi, sosial ipoteka şərtlərinin yumşaldılması və əhatə dairəsinin genişləndirilməsi problemlərinin həlli indi daha çox aktuallıq kəsb edir. Əminəm ki, yaxın dövrlərdə bu məsələlər də öz həllini tapacaqdır. Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında daha firavan gələcəyinə qovuşacaqdır.

Bu gün Azərbaycan vətəndaşı inamlı və sabahından arxayındır! O inanır ki, Azərbaycan dövləti hər an öz vətəndaşının arxasındadır. O inanır ki, Prezident İlham Əliyev hər an Azərbaycan vətəndaşının rifahının güclənməsi barədə düşünür və sosial müdafiə məsələsi daim onun diqqət və qayğısı altındadır.
 
Musa Quliyev, 
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini


30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
6-09-2023, 21:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
22-08-2023, 19:29 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19-08-2023, 18:58 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
17-01-2023, 16:03 - QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək
5-01-2023, 20:05 - Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
31-12-2022, 23:34 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR
Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR
24-12-2022, 23:18 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
15-12-2022, 21:12 - Faiq ƏHMƏDOV: Tələblərimiz Yerinə Yetirilməyənə Qədər Mütəmadi Olaraq Aksiyalarımızı Davam Etdirəcəyik-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV: Tələblərimiz Yerinə Yetirilməyənə Qədər Mütəmadi Olaraq Aksiyalarımızı Davam Etdirəcəyik-VİDEO-FOTOLAR
28-11-2022, 15:47 - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14-11-2022, 23:33 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
“Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
5-11-2022, 14:43 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru
Mingəçevirdə İctimai Müzakirə:  Sosial Dövlətə Doğru