Media
Bizimlə əlaqə

Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı - Fotolar

Tarix:30-09-2022, 17:14
Baxış Sayı:1 428


“Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, birliyin sədri Faiq Əhmədov  “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsinin həyata keçirilməsi üçün regionlarda vətəndaşlarla görüşlərini davam etdirir.

Sosialdovlet.az xəbər verir ki, 30 sentyabr 2022-ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dovlətə döğru” layihəsinin rəhbəri Faiq Əhmədovun başçılığı ilə könüllülərdən ibarət layihə qrupu, Kürdəmir rayonuna səfər etmişlər.

Layihə çərçivəsində Kürdəmir rayon, Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin akt zalında, fəaliyyət planına uyğun olaraq, ictimai müzakirə təşkil edilib.

Tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili şöbəsinin müdiri Ağəli Kərimli, İcra hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili Şöbəsinin müdiri Mirmahmud Mahmudov rayonun geniş ictimaiyyət nümayəndələri, eləcə də şəhid Adəm Əliyevin anası, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Kürdəmir rayon Təşkilatın Qadınlar Şurasının sədri Akifə xanım Əliyeva, sədr müavini, Könül xanım Şirvanlı, həmçinin QHT–nin üzvləri, ictimai fəallar, qazilər, şəhid anaları və onların ailə üzvləri digər kateqoriyadan olan vətəndaşlar iştirak ediblər.

Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyin sədr müavini Rauf İlyasoğlu açaraq hər kəsi salamladıqdan sonra, Dövlət himnimiz səsləndirildi və Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rauf müəllim “Sosial Dövlət Naminə” İctimai Birliyin son iki ildə gördüyü əvəzsiz xidmətlərindən danışdıqdan sonra cıxış üçün sözü  təşkilatın sədri, “Azərbaycan Sosial Dövlətə Doğru" layihəsinin rəhbəri Faiq Əhmədova vermişdir.

“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, layihə rəhbəri Faiq Əhmədov təşkilatın 2 ildə gördüyü fəaliyyəti haqqında, eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet barədə geniş məlumat vermişdir.  

Sonra “Sosial Dövlət Naminə” İctimai Birliyinin Kürdəmir rayon Təşkilatının Qadınlar Şurasının sədri Akifə xanım Əliyeva, sədr müavini, şair-publisist Könül xanım Şirvanlı, təşkilatın İdarə Heyətinin üzvü, qazi Saleh Hacıyev və rayonun icra hakimiyyətinin vəzifəli şəxslərindən  söz alaraq belə bir aktual layihəni dəstəklədiklərini bildirdilər.

Çıxışçılar vətəndaş və  dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin yaradılan şəraitdən faydalanma yolları haqqında geniş informasiyaları iştirakçılarla bölüşdülər. Müzakirədən sonra vətəndaşların sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkilləri çəkildi, paylanma materialları, kitabcalar və bukletlər iştirakçılara hədiyyə olundu.

Onuda xüsusilə qeyd edirik ki, “Sosial Dövlət Naminə” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dədtəilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirilən ikiaylıq “Azərbaycan sosial dovlətə doğru” mövzusunda layihə çərçivəsində geniş ictimai təqdimat və müzakirələri davam etdirir.

"Sosial Dövlət Naminə" İB-in, İctimaiətlə
Əlaqələr Şöbəsinin müdiri İlahə Məmmədova














































13-03-2025, 18:11 - “Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
5-03-2025, 17:47 - Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
12-01-2025, 17:20 - Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
10-01-2025, 15:49 - Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
6-01-2025, 18:46 - Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
24-12-2024, 17:41 - Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
20-12-2024, 17:20 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
“Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
6-11-2024, 16:20 - Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
19-09-2024, 10:29 - Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
2-07-2024, 09:30 - “Mənim Polisim, Məni Qoruyur”
“Mənim Polisim, Məni Qoruyur”
30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
20-03-2024, 15:40 - Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar