Faiq Əhmədov Hacıqabul rayon, Udulu kəndində "II Qarabağ Vətən Müharibəsi" zamanı şəhid olan Qasımov Elman Yunis oğlunun adına tikilən Bulağın açılışında iştirak etdikdən sonra elə həmin gün "II Qarabağ Vətən Müharibəsi" zamanı qəhrəmancasına şəhid olan Nicat Qasımovun atası Şöhrət Qasımovun təşəbbüsü ilə Hacıqabul rayon Tağlı kəndinə gedərək üç min şəhidimizin adını daşıyacaq “Şəhidlər” parkının tikintisi ilə yaxından tanış olmuşdur.Sosialdovlet.az xəbər verir ki, "Sosial Dövlət Naminə" Qeyri Hökumət Təşkilatından verilən məlumatda bildirilir ki, 8 noyabr 2021-ci il tarixində təşkilatın sədri Faiq Əhmədov İdarə Heyətinin üzvlərilə birlikdə, Hacıqabul rayon, Udulu kəndində "II Qarabağ Vətən Müharibəsi" zamanı şəhid olan Qasımov Elman Yunis oğlunun adına tikilən Bulağın açılışında iştirak etdikdən sonra elə həmin gün "II Qarabağ Vətən Müharibəsi" zamanı qəhrəmancasına şəhid olan Nicat Qasımovun atası Şöhrət Qasımovun təşəbbüsü ilə Hacıqabul rayon Tağlı kəndinə gedərək üç min şəhidimizin adını daşıyacaq “Şəhidlər” parkının tikintisi ilə yaxından tanış olmuşdur.
- 9 noyabr 2021-ci il tarixində isə “Sosial Dövlət Naminə" QHT-nın sədri Faiq Əhmədov "II Qarabağ Vətən Müharibəsi" zamanı şəhid olan Tarıverdiyev Nicat Şöhrət oğlunun il dönümündə iştirak edərək ailə üzvlərinə dərin hüznlə baş sağlığı vermişdir.
- 17 noyabr 2021-ci il tarixində isə təşkilatın sədri Faiq Əhmədov Gəncə şəhərinə gedərək şəhid Əliyev Şöhrət Cambulat oğlunun il dönümündə iştirak edərək ailə üzvlərinə dərin hüznlə baş sağlığı vermiş və təşkilatın adından öz maddi-mənəvi dəstəyini göstərmişdir.
- Elə həmin gün 17 noyabr 2021-ci il tarixində "Sosial Dövlət Naminə" QHT-nin sədri Faiq müəllim Əhmədov Gəncə şəhərində Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçimiz Natiq Əliyevin hökumət nümayəndələri ilə birlikdə dəfn mərasimində də iştirak etmişdir.
- 19 noyabr və 20 noyabr 2021-ci il tarixində isə "Sosial Dövlət Naminə" Qeyri Hökumət Təşkilatının sədri Faiq müəllim "II Qarabağ Vətən Müharibəsi" zamanı şəhid olan Əliyev Adəm İlqar oğlunun və Məmmədzadə Əli Turan oğlunun mövlud günlərində iştirak edərək şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə baş sağlığı vermiş eyni zamanda da təşkilatın İdarə Heyətinin qərarı ilə təsis olunmuş və şəhidlərimizin adını daşıyan "Azərbaycan Bayrağı" fəxri diplomlarını, Döş Nişanlarını və "Qarabağ Azərbaycandır" medallarını bir neçə şəhid ailələrinin üzvlərinə təqdim etmişdir.
Xüsusi ilə qeyd etmək istəyirik ki, 12 sentyabr 2021-ci il tarixindən başlayaraq "Sosial Dövlət Naminə" Qeyri Hökumət Təşkilatının sədri Faiq Əhmədov tərəfindən öz şəxsi büdcəsi hesabına şəhidlərimizin ailə üzvlərinin hər birinin adlarına, Şəhid Atası, Şəhid Anası, Şəhid Qardaşı, Şəhid Bacısı, Şəhid Yoldaşı, Şəhid Övladı adında döş nişanları hazırlayaraq onlara təqdim olunur.
Allah Şəhidlərimizin Məqamını Uca,
Ruhlarını Şad Eləsin. Amin!
"Sosial Dövlət Naminə" QHT-nin, İctimaiətlə
Əlaqələr Şöbəsinin müdiri İlahə Məmmədova








































