Media
Bizimlə əlaqə

Aktual layihə: “Azərbaycan sosial dövlətə doğru”

Tarix:2-09-2022, 19:10
Baxış Sayı:824

 
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib gələn QHT-lərdən biri də “Sosial Dövlət Naminə” İctimai Birliyidir. Müsabiqə çərçivəsində SDNİB-nin 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirməyi planlaşdırdığı və artıq fəaliyyətə start verdiyi ikiaylıq “Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” sosial layihəsi aktual məsələlərə həsr olunub.

Sosialdovlet.az xəbər verir ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədov bu gün reallaşdırdıqları layihə haqqında KİV-ə geniş məlumatlar açıqlaıyıb. Birlik sədrinin məlumatında deyilir: “Azərbaycan son illərdə öz tarixinin çox şərəfli, eyni zamanda məsuliyyətli günlərini yaşayır.

44 günlük Şanlı Zəfərdən sonra ölkə həyatının bütün sahələrində böyük dəyişikliklər baş verir. Bu dəyişikliklər ilk növbədə işğaldan azad olunan ərazilərdə quruculuq və abadlıq işlərinin aparılması və insanların sosial rifah halının yüksəldilməsi yolunda atılan ciddi addımlarda özünü göstərir. Azərbaycan vətəndaşlarının sosial rifahı həmişə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən çox diqqət ayırdığı ümdə sahələrdən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 10 mart 2020-ci ildə yeni seçilmiş Milli Məclisin ilk sessiyasındakı çıxışı zamanı bildirmişdir: “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir”. Cənab Prezidentin insanların rifah halının yüksəlməsinə yönələn bu aydın siyasi xətti hər bir vətəndaşın yaxşı yaşamasına, ölkəmizin daha da çiçəklənməsinə hesablanıb. Bu yöndə fəaliyyət hər zaman davam edib və bundan sonra da davam edəcəkdir.  

Layihə hər şeydən əvvəl ölkəmizdə aparılan sosial siyasətə dəstək vermək məqsədi daşıyır. Bunun üçün müəyyən tədbirlərin həyata keçirilməsi, insanların yaşayış səviyyəsinin artırılması yönündə dövlət başçısının apardığı siyasətin mahiyyətini vətəndaşlara başa salıb anlatmaq üçün müxtəlif təbəqələrdən olan vətəndaşlarla, o cümlədən məcburi qaçqınlarla görüşlərin keçirilməsi və sosial inkişafa dəstək olunması üçün müəyyən işlərin görülməsini özündə ehtiva edir. 
   
Layihə çərçivəsində insanların öz sosial haqq və hüquqlarının daha yaxından tanıması, onların güzəranının yaxşılaşdırılması istiqamətində maarifləndirici vasitələrin hazırlanıb, müxtəlif təbəqədən olan vətəndaşlara təqdim olunması, ayrı-ayrı bölgələrdə görüşlərin keçirilməsi və başqa bu kimi sosial yönümlü tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı əsas istiqamət fəaliyyəti hər şeydən əvvəl dövlət başçısının sosial inkişafa yönəlik siyasəti ilə bağlı geniş izahat və söhbətlərin aparılması olacaq.


Ölkədə həyata keçirilən böyük dəyişikliklər və islahatlarla bağlı insanların məlumatlandırılması, onların öz sosial vəziyyətləri ilə bağlı bilgilər əldə etməsi üçün buklet və kitabça çap olunacaq. Əsasən maarifləndirici vasitə kimi nəzərdə tutulan nəşrlərdə yer alacaq məlumatları bilmək və onlardan istifadə etmək əhali üçün, xüsusən də daha çox əyalətlərdə yaşayan vətəndaşlar üçün bilgi bazası rolunu oynaya bilər. Birbaşa insanların öz sosial-iqtisadi, hüquqi və həyati vacib haqlarını anlayıb, bilmələri üçün özündə əsas dövlət qurumlarının, vacib nazirliklərin, digər idarə və müəssisələrin bütün əlaqə telefonlarının, “Qaynar xətt” nömrələrinin, həmçinin elektron poçt ünvanlarının toplandığı xüsusi bukletlər çap ediləcək. Eyni zamanda, maarifləndirici bilgilərin yer aldığı xüsusi kitablar da hazırlanacaq.

Həmin kitabçada vətəndaşlara lazım olduqda sosial və digər problemlərlə bağlı dövlət qurumlarına, yuxarı təşkilatlara və digər instansiyalara hansı məsələ üçün necə müraciət etmələri izah olunacaq. Kitabçalarda hər hansı quruma müraciət edilərkən ərizə formalarının yazılış qaydaları ilə bağlı da bilgilər də yer alacaq. Nəşrdə, müxtəlif nazirlik, idarə və təşkilatlar üçün ərizə və müraciət formalarının nümunəsi də  öz əksini tapacaqdır. 

450 tirajla nəşr olunacaq kitabça, eləcə də buklet əhalinin ən müxtəlif təbəqələrilə, o cümlədən məcburi köçkünlərlə ayrı-ayrı bölgələrdə keçirilən görüşlər zamanı təqdim olunacaq. İnsanların hər biri üçün böyük əhəmiyyət daşıyacaq bu nəşrlərin, regionlarda əhaliyə paylanaraq gələcəkdə onların stolüstü kitabına çevrilməsi üçün “Sosial Dövlət Naminə” İctimai Birliyin 10 nəfər gəncdən ibarət könüllülər komandası formalaşdırılıb. Eyni zamanda könüllülər komandasının yerli əhalidən seçilmələri üçün ayrıca 10 (on) ədəd köynək və papaqların hazırlanması nəzərdə tutulub. Görüşlərin, Bakı şəhəri də daxil olmaqla, Şuşa, Bərdə, Siyəzən, Kürdəmir, Ağcabədi, Xaçmaz və Xudat şəhəri kimi bölgələrində keçirilməsi planlaşdırılır. 

Layihənin əsas hədəf qrupu əhalinin ən müxtəlif təbəqələrini əhatə edən vətəndaşlar olacaq. Bunların arasında ayrı-ayrı regionlarda məskunlaşmış məcburi köçkünlər, həmçinin digər rayonlarda yaşayan, sosial və digər problemlərlə üzləşən, öz hüquqlarını öyrənmək istəyən vətəndaşlar çoxluq təşkil edəcək. Layihə çərçivəsində görüləcək işlər Bakı şəhəri də daxil olmaqla, bir neçə bölgədə, o cümlədən Şuşa şəhəri, Ağcabədi, Bərdə, Siyəzən, Kürdəmir, Xaçmaz və Xudat şəhərində keçiriləcək. Bu bölgələr xüsusi diqqət tələb etdiyinə görə layihə tədbirlərinin keçirilməsi orada planlaşdırılır. Həmin bölgələrdə yaşayan insanlarla müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulub.


Layihənin icra olunmasından əsaslı nəticələr əldə olunacaq. Bu, ilk növbədə, Müzəffər Ali Baş Komandan, Prezident, cənab İlham Əliyev tərəfindən həyata keçirilən ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə yönələn sosial siyasətin mahiyyətini əhaliyə izah olunub çatdırılmasından ibarətdir.

Həmçinin insanlarda sosial və digər vətəndaş hüquqları ilə bağlı bilgilərin əldə olunması, onların vacib maarifləndirici vasitələrlə təmin olunması da gözlənilən nəticələrdəndir. Layihə çərçivəsində kitabça, buklet çap edilərək paylanacaq, onların elektron variantları yayımlanacaq, KİV, mətbuat, yeni media, sosial şəbəkə resursları, İnternet TV, saytlarda müxtəlif formatlı materiallar yayımlanacaq.

 
Sosial şəbəkələrdə media və tanıtım aksiyaları təşkil olunacaq ki, bu da öz növbəsində geniş əhali kütlələri arasında dövlətin sosial siyasət və proqramların təbliğinə xidmət edəcək. Təşkilat üzvləri, könüllülər, layihə komandasının üzvləri yeni bilgilər və təcrübələr əldə edəcəklər, peşəkarlaşacaqlar. Keçiriləcək görüşlərdə vətəndaşlara təqdim olunacaq müəyyən bilgiləri özündə ehtiva edən maarifləndirici vasitələrdən ehtiyac yaranarsa, zaman-zaman istifadə olunacaq.


Layihənin icrası zamanı gedişatda KİV və sosial şəbəkələr vasitəsilə əhalinin məlumatlandırılması  sahəsində fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub. Həyata keçiriləcək layihənin gedişatı ilə bağlı müxtəlif mətbuat orqanlarında, televiziya kanallarında, aparıcı qəzetlərdə, elektron mediada, həmçinin sosial şəbəkələrdə vaxtaşırı geniş məlumatlar veriləcək...”


“Sosial Dövlət Naminə” İctimai Birliyinin
Əlaqələr Şöbəsinin müdiri İlahə Məmmədova

30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
6-09-2023, 21:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
22-08-2023, 19:29 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19-08-2023, 18:58 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
17-01-2023, 16:03 - QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək
5-01-2023, 20:05 - Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
31-12-2022, 23:34 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR
Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR
24-12-2022, 23:18 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
15-12-2022, 21:12 - Faiq ƏHMƏDOV: Tələblərimiz Yerinə Yetirilməyənə Qədər Mütəmadi Olaraq Aksiyalarımızı Davam Etdirəcəyik-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV: Tələblərimiz Yerinə Yetirilməyənə Qədər Mütəmadi Olaraq Aksiyalarımızı Davam Etdirəcəyik-VİDEO-FOTOLAR
28-11-2022, 15:47 - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14-11-2022, 23:33 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
“Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
5-11-2022, 14:43 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru
Mingəçevirdə İctimai Müzakirə:  Sosial Dövlətə Doğru