Media
Bizimlə əlaqə

“Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

Tarix:14-11-2022, 23:33
Baxış Sayı:1 435


Uğurlu fəaliyyəti ilə respublikamızın ictimai-sosial həyatında tanınan “Sosial Dövlət Naminə” İctimai Birliyi növbəti tədbirini də bölgədə - Siyəzən rayonunda  reallaşdırdı.

Sosialdovlet.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində “Sosial Dövlət Naminə” İctimai Birliyinin həyata keçirdiyi ikiaylıq “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsi Şimal bölgəsinin ictimaiyyəti üçün təşkil edildi. Təqdimat və ictimai müzakirə formasında təşkil olunmuş tədbir Siyəzən sakinlərinin böyük marağına səbəb oldu.
 
14 oktyabr  2022-ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dövlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədovun başçılığı ilə layihə komandası fəaliyyət planına uyğun olaraq, Siyəzən rayonuna səfər etmişdir.
 
Siyəzən rayon Mədəniyyət İdarəsinin akt zalında təşkil olunan tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı, Siyəzən rayon Mədəniyyət İdarəsinin direktoru Ziyadə Dadaşova, İctimai Birliyin Rayon Qadınlar Şurasının sədri şəhid Saatmirzə Əzimovun anası Xatirə Əzimova, İctimai Birliyin fəxri üzvü əməkdar artist Mehriban Xanlarova, rayon ictimaiyyətinin, rəhbərlikdə təmsil olunan şəxslərin, həmçinin QHT-nin üzvləri, ictimai fəallar, qazilər, şəhid anaları və onların ailə üzvləri digər kateqoriyadan olan vətəndaşlar fəal iştirak edirdi.
 
“Sosial Dövlət Naminə” İctimai Birliyinin, "Azərbaycan sosial dövlətə doğru” layihəsinin  Siyəzən rayonunda keçirilən tədbirində layihə tanıtımı, kitab və buklet təqdimatı geniş ictimai müzakirəyə səbəb oldu.

Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədr müavini, “Azərbaycan sosial dövlətə doğru" kitabının redaktoru, şair-publisist Rauf İlyasoğlu açaraq hər kəsi salamladıqdan sonra Dövlət himni səsləndirildi.

Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.
   
Rauf İlyasoğlu təşkilatın həyata keçirdiyi layihəsi barədə və eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet haqqında  geniş məlumat verdi.

Sonra cıxış üçün sözü “Sosial Dövlət Naminə” İctimai Birliyin sədri, “Azərbaycan sosial dövlətə doğru" layihəsinin rəhbəri Faiq Əhmədova verildi.

Sədr öz çıxışında “Sosial Dövlət Naminə” İctimai Birliyinin son iki ildə gördüyü işlər haqqında iştirakçılara geniş məlumat verdi. Natiq bildirdi ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində müxtəlif istiqamətdə apardığımız geniş fəaliyyətin ictimai əhəmiyyəti çox yüksəkdir. Şəhid və qazi ailə üzvlərinin qarşısında duran problemlərin həllində dövlətimizin həyata keçirdiyi proqramları hər zaman dəstəkləyirik.

Sosial sahədə Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətini davam etdirən dövlət başçımız İlham Əliyevin həyata keçirdiyi proqramları xüsusi olaraq yada salmaq istəyirəm. Bir İctimai Təşkilat olaraq hər zaman Prezident İlham Əliyevin sosial sahələrdə gerçəkləşdirdiyi siyasəti dəstəkləyirik.


Təşkilatımızın üzvlərinin əsas hissəsi şəhid anaları, onların ailə üzvləri, qazilər və keçmiş hərbiçilərdir.

Hər zaman çalışırıq onların qayğısına qalaq. Bu istiqamətdə həyata keçirdiyimiz tədbirlər zamanı əldə etdiyimiz təcrübələr bu layihəni həyata keçirən zaman bizim işimizə yararlı oldu.

Daha sonra “Sosial Dövlət Naminə” İctimai Birliyin İdarə Heyətinin üzvü, qazi Saleh Hacıyev,  Siyəzən rayon Təşkilatının Qadınlar Şurasının sədri Xatirə Əzimova, “Sosial Dövlət Naminə” İctimai Birliyinin fəxri üzvü əməkdar artist Mehriban Xanlarova, rayonun ictimaiyyət nümayəndələrindən Nailə İsbatova və digər vətəndaşlar söz alaraq belə bir aktual layihəni dəstəklədiklərini bildirdilər.

Çıxışçılar vətəndaş və  dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin yaradılan şəraitdən faydalanma yolları haqqında geniş informasiyaları iştirakçılarla bölüşdülər.

Eyni zamanda Siyəzən rayon sakinlərinin sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.

Tədbirdə layihə üzrə 50  nəfər vətəndaşın iştirakı nəzərdə tutulsa da, 100 -nəfərə yaxın rayon sakini iştirak edirdi.

Sonda xatirə şəkilləri çəkildi, paylanma materialları, kitabçalar və bukletlər iştirakçılara hədiyyə olundu.


İlahə Məmmədova, 

"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiətlə Əlaqələr şöbəsinin müdiri

13-03-2025, 18:11 - “Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
5-03-2025, 17:47 - Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
12-01-2025, 17:20 - Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
10-01-2025, 15:49 - Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
6-01-2025, 18:46 - Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
24-12-2024, 17:41 - Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
20-12-2024, 17:20 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
“Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
6-11-2024, 16:20 - Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
19-09-2024, 10:29 - Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
2-07-2024, 09:30 - “Mənim Polisim, Məni Qoruyur”
“Mənim Polisim, Məni Qoruyur”
30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
20-03-2024, 15:40 - Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar