Media
Bizimlə əlaqə

QHT-də tədbir: sosial məsələlər müzakirə edildi-FOTOLAR

Tarix:6-09-2022, 21:43
Baxış Sayı:1 166


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsinə həsr olunmuş hazırlıq iclası keçirildi

Bu gün 06 sentyabr 2022-ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin Yasamal rayon təşkilatında  Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində  Birlik tərəfindən 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirilən ikiaylıq “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsinə həsr olunmuş hazırlıq iclası keçirilib.

Sosialdovlet.az xəbər verir ki, iclası “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədov çıxışını Prezident cənab İlham Əliyevin “Azərbaycan sosial dövlətdi və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir...” fikri ilə başladı. Natiq bildirdi ki, Azərbaycan vətəndaşlarının sosial rifahı həmişə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən çox diqqət ayırdığı ümdə sahələrdən biridir.

Təsadüfi deyil ki, Prezident cənab İlham Əliyev 10 mart 2020-ci ildə yeni seçilmiş Milli Məclisin ilk sessiyasındakı çıxışı zamanı bildirmişdir: “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir”. Cənab Prezidentin insanların rifah halının yüksəlməsinə yönələn bu aydın siyasi xətti hər bir vətəndaşın yaxşı yaşamasına, ölkəmizin daha da çiçəklənməsinə hesablanıb. Bu yöndə fəaliyyət hər zaman davam edib və bundan sonra da davam edəcəkdir.

Layihə çərçivəsində insanların öz sosial haqq və hüquqlarının daha yaxından tanıması, onların öz sosial vəziyyətləri ilə bağlı bilgilər əldə etməsi üçün buklet və kitabça çap olunacaq. Əsasən maarifləndirici vasitə kimi nəzərdə tutulan nəşrlərdə yer alacaq məlumatları bilmək və onlardan istifadə etmək əhali üçün, xüsusən də daha çox əyalətlərdə yaşayan vətəndaşlar üçün bilgi bazası rolunu oynaya bilər. Birbaşa insanların öz sosial-iqtisadi, hüquqi və həyati vacib haqlarını anlayıb, bilmələri üçün özündə əsas dövlət qurumlarının, vacib nazirliklərin, digər idarə və müəssisələrin bütün əlaqə telefonlarının, “Qaynar xətt” nömrələrinin, həmçinin elektron poçt ünvanlarının toplandığı xüsusi bukletlər çap ediləcək. Eyni zamanda, maarifləndirici bilgilərin yer aldığı xüsusi kitabça hazırlanacaq.



 Həmin kitabçada vətəndaşlara lazım olduqda sosial və digər problemlərlə bağlı dövlət qurumlarına, yuxarı təşkilatlara və digər instansiyalara hansı məsələ üçün necə müraciət etmələri izah olunacaq. Kitabçada hər hansı quruma müraciət edilərkən ərizə formalarının yazılış qaydaları ilə bağlı bilgilər də yer alacaq. Nəşrdə, müxtəlif nazirlik, idarə və təşkilatlar üçün ərizə və müraciət formalarının nümunəsi də  öz əksini tapacaq.
 
450 tirajla nəşr olunacaq kitabça, əhalinin ən müxtəlif təbəqələrilə, o cümlədən şəhid ailələrilə ayrı-ayrı bölgələrdə keçirilən görüşlər zamanı təqdim olunacaq. İnsanların hər biri üçün böyük əhəmiyyət daşıyacaq bu nəşrlərin, regionlarda əhaliyə paylanaraq gələcəkdə onların stolüstü kitabına çevrilməsi üçün “Sosial Dövlət Naminə” İctimai Birliyin 10 nəfər gəncdən ibarət könüllülər komandası formalaşdırılıb. Eyni zamanda könüllülər komandasının yerli əhalidən seçilmələri üçün ayrıca 10 (on) ədəd köynək və papaqların hazırlanması nəzərdə tutulub. Görüşlərin, Bakı şəhəri də daxil olmaqla, Şuşa, Bərdə, Siyəzən, Kürdəmir, Ağcabədi, Xaçmaz və Xudat şəhəri kimi bölgələrində baş tutacaq.
 
Daha sonra İctimai Birliyin üzvlərindən sədr müavini yazıçı-publisist Rauf İlyasoğlu, İdarə Heyətinin üzvü, Vətən müharibəsi qazisi Saleh Hacıyev, təşkilatın Ağsaqqallar Şurası sədrinin müavini, BDU-nun müəllimi, araşdırmaçı-yazıçı, Prezident təqaüdçüsü Nazim Tapdıqoğlu, Birliyin Yasamal rayon təşkilatının sədri Vəfadar Abdullayev, II Qarabağ müharibəsinin şəhidi Elvin Dadaşovun xanımı, təşkilatın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, aparıcı Türkan Dadaşova, Birliyin Qadınlar şurasının üzvü, ictimai fəal, şairə Nəzakət Cəlilova və başqaları söz alaraq çıxış etdilər.
 
Çıxışlar zamanı bildirildi ki, birliyin fəaliyyəti əsasən sosial sahələrdə vətəndaşların qarşılaşdıqları problemləri aradan qaldırmağa yönəlib. İndiyə qədər daxili imkanlar  hesabına, Ümummilli Lider Heydər Əliyevin doğum gününə və anım gününə, 15 iyun Qurtuluş Gününə,  Prezident seçkilərinə, Ramazan, Qurban və Novruz bayramına və bir çox digər əlamətdar günlərə həsr olunmuş xeyriyyə tədbirləri keçirib. 12 sentyabr 2017-ci il tarixindən başlayaraq bu günə qədər 2856 şəhid, qazi, əlil və digər aztəminatlı ailələrə ərzaq yardımları, sovqatlar təqdim olunub. 

Ümummilli Liderimiz Heydər Əliyevin yenidən ikinci dəfə hakimiyyətə qayıdışı münasibətilə iyunun 10-dan başlayaraq öz daxili imkanları hesabına 15 iyun Qurtuluş Günü münasibətilə xeyriyyə aksiyası keçirərək 100 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.


Təşkilat, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci-Vitse-Prezidenti Mehriban xanım Əliyevanın koronavirus pandemiyası ilə əlaqədar “Biz birlikdə güclüyük!”  xalqımıza etdikləri müraciətə qoşularaq, 18 mart - 15 sentyabr 2020-ci il tarixlərində 635 şəhid, qazi, əlil və digər aztəminatlı ailələrə onların müraciətləri əsasında, yaşadıqları ünvanlarında ərzaq yardımları paylanılıb.
 
İctimai Birliyin sədri Faiq Əhmədovun təşəbbüsü ilə II Qarabağ Vətən Müharibəsi zamanı döyüş bölgəsində olan Milli Ordumuzun hərbiçilərinə 1350 kq ərzaq yardımı aparılıb. Təşkilat “Dövlət strukturlarının rəsmi sorğularını cavablandırmağı” haqqındakı fərmanını  əldə rəhbər tutaraq, respublikanın inkişafına maneçilik törədən neqativ halların araşdırılaraq aradan götürülməsi məqsədi ilə nazirlik, baş idarə və inzibati orqanların diqqətini vətəndaşların problemlərinə yönəldə bilib.
 
II Qarabağ - Vətən müharibəsi bitdikdən sonra 10 noyabr 2020-ci ildən başlayaraq, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü də daxil olmaqla, 276 şəhid, qazi və əsgər ailələrinin sosial problemləri ilə yaxından maraqlanan QHT rəhbərliyi, onlara maddi-mənəvi dəstəyini əsirgəməyib. Sədr Faiq Əhmədov dəyəri 67.500  manat olan 3 (üç) otaqlı mənzilini də bir əsgər ailəsinə bağışlamış, eyni zamanda, 2 azyaşlı uşağın müalicə xərclərini və bir əsgər ailəsinin evinin təmir-tikinti işlərini də öz üzərinə götürmüşdür.

Tədbir daha sonra açıq müzakirə formasında davam etdirildi və müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı, qeyd və təkliflər səsləndirildi.


Sonda söz alan “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədov təşkilatın çoxsaylı üzvləri adından Prezident İlham Əliyev başda olmaqla, Birliyə diqqət ayıran Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, dərin təşəkkürlərini çatdırdı.
 
 
"Sosialdovlet.az

Əminə İsgəndərova
















30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
6-09-2023, 21:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
22-08-2023, 19:29 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19-08-2023, 18:58 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
17-01-2023, 16:03 - QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək
5-01-2023, 20:05 - Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
31-12-2022, 23:34 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR
Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR
24-12-2022, 23:18 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
15-12-2022, 21:12 - Faiq ƏHMƏDOV: Tələblərimiz Yerinə Yetirilməyənə Qədər Mütəmadi Olaraq Aksiyalarımızı Davam Etdirəcəyik-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV: Tələblərimiz Yerinə Yetirilməyənə Qədər Mütəmadi Olaraq Aksiyalarımızı Davam Etdirəcəyik-VİDEO-FOTOLAR
28-11-2022, 15:47 - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14-11-2022, 23:33 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
“Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
5-11-2022, 14:43 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru
Mingəçevirdə İctimai Müzakirə:  Sosial Dövlətə Doğru