Faiq Əhmədov könüllü olaraq öz maddi və mənəvi dəstəyini
Xalqımızın, Əsgərlərimizin yolunda əsirgəməmişdir.
SosialDovlet.Az xəbər verir ki, "Sosial Dövlət Naminə" QHT-nın, İctimaiətlə əlaqələr şöbəsinin müdüri İlahə Məmmədova, Abşeron rayon təşkilatının sədri Saleh Hacıyev və Binəqədi rayon təşkilatının sədr müavini Sənəm Süleymanova Dünya Azərbaycanlılarının həmrəyliyi gününü münasibətilə 31 dekabr 2020-ci il tarixində, gecə saat 23-00-kimi ona yaxın aztəminatlı əsgər ailələrinə baş çəkmiş onların sosial problemləri ilə maraqlanaraq, təşkilatın adından maddi və mənəvi yardım göstərmişdilər.
Onunda qeyd edirik ki, 27 Sentyabr 2020-ci il tarixindən, İkinci Qarabağ-Vətən Müharibəsi başladığı ilk gündən "Sosial Dövlət Naminə" Qeyri Hökümət Təşkilatının sədri Faiq Əhmədov könüllü olaraq öz maddi və mənəvi dəstəyini Xalqımızın, Əsgərlərimizin yolunda əsirgəməmişdir.
"Sosial Dövlət Naminə" QHT-nin Mətbuat Xidməti
