"Sosial Dövlət Naminə" Qeyri Hökumət Təşkilatının,
Mingəçevir Şəhər Şöbəsinin Sədri Tədbirdə İştirak etmişdir.
SosialDovlet.Az xəbər verir ki, "Sosial Dövlət Naminə" Qeyri Hökumət Təşkilatının, Mingəçevir şəhər şöbəsindən verilən məlumatda bildirilir ki, Mingəçevir şəhər təşkilatının sədri Kamran Osmanov və təşkilatın "'Qadın, Uşaq və Şəhid Analarının problemləri" üzrə sədr müavini Saqibət Xankişiyeva Mingəçevir şəhərində "II Qarabağ Vətən Müharibəsi"ndə Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Abbasov Elcan Əfsəddin oğlunun adına hazırlanan löhvənin açılışında və mövlud günündə iştirak etmişdilər.
Daha sonra Mingəçevir şəhər təşkilatının sədri Kamran Osmanov tədbirdə çıxış edərək "Sosial Dövlət Naminə" Qeyri Hökumət Təşkilatının İdarə Heyətinin qərarı ilə təsis olunmuş "Azərbaycan Bayrağı" və "Dəmir Yumruq" fəxri diplomlarını şəhidimiz Abbasov Elcan Əfsəddin oğlunun ailə üzvüləri ilə yanaşı şəhidlərimizin bir neçəsinin ailə üzvlərinə də təqdim etmişdilər.Allah Şəhidlərimizə Rəhmət Eləsin,
Ruhları Şad Olsun. Amin!Sevinc Əlimova
SosialDovlet.Az 