Media
Bizimlə əlaqə

Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar

Tarix:12-10-2022, 20:20
Baxış Sayı:1 393


“Sosial Dövlət Naminə” İctimai Birliyin sədri Faiq Əhmədov  “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsinin həyata keçirilməsi üçün regionlarda vətəndaşlarla görüşlərini davam etdirir.

Sosialdovlet.az “Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətinə istinadən verilən məlumatda bildirilir ki, 12 oktyabr 2022- ci il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dövlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədovun başçılığı ilə könüllülərdən ibarət layihə qrupu Ağcabədi rayonuna səfər etmişdir.

Layihə çərçivəsində Ağcabədi rayon Mədəniyyət İdarəsinin akt zalında fəaliyyət planına uyğun olaraq, ictimai müzakirə təşkil edilmişdir.

Tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı, rayon sakinləri, o cümlədən “Sosial Dövlət Naminə” İctimai Birliyin Ağcabədi rayon təşkilatının sədri Sahib Qasımov, Qadınlar Şurasının sədri, şəhid Quliyev Nurlanın anası Zülfiyyə xanım Quliyeva, təşkilatın sədr müavini Edilxan Əliyev, Gənclər təşkilatının sədri Ramiz Əhmədov, həmçinin QHT–nin üzvləri, ictimai fəallar, qazilər, şəhid anaları və onların ailə üzvləri digər kateqoriyadan olan vətəndaşlar iştirak edirdilər.

Tədbiri “Sosial Dövlət Naminə” İctimai Birliyin sədr müavini, “Azərbaycan Sosial Dövlətə Doğru" kitabının redaktoru, şair-publisist Rauf İlyasoğlu açaraq hər kəsi salamladıqdan sonra, Dövlət himnimiz səsləndirildi və Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən canını fəda etmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rauf müəllim “Sosial Dövlət Naminə” İctimai Birliyin  sədri Faiq müəllim tərəfindən hazırlanan "Azərbaycan Sosial Dövlətə Doğru" layihəsindən və özünündə redaktoru olduğu kitabın vətəndaşlara göstərilən hüquqi xidmətlərindən danışdıqdan sonra  çıxış üçün sözü  təşkilatın sədri Faiq Əhmədova vermişdir.

“Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri, "Azərbaycan sosial dovlətə doğru” layihəsinin rəhbəri Faiq Əhmədov geniş çıxışında təmsil etdiyi QHT-nin geniş fəaliyyəti haqqında məlumat verərək, vətəndaş-dövlət münasibətləri istiqamətində bu günə qədər gördükləri işlərlə əlaqədar tədbir iştirakçılarına məlumat verdi.

Faiq müəllim, onu da bildirdi ki, QHT Agentliyinin dəstəklədiyi layihə çərçivəsində müxtəlif istiqamətlərdə apardıqları fəaliyyət növlərinin ictimai əhəmiyyəti yüksəkdir.

Şəhid və qazi ailələrinin üzvləri qarşısında duran problemlərin həllində dövlətimizin həyata keçirdiyi proqramları xüsusi qabardan çıxışçı bu yöndə dövlət başçımız İlham Əliyevin sosial siyasətini dəstəkləyərək təşkilatın “Azərbaycan Sosial Dövlətə Doğru" layihəsi barədə və eyni zamanda iştirakçılara təqdim edilən məlumatlandırıcı nəşrlər – kitabça və buklet barədə də geniş məlumat verdi.

Sonra “Sosial Dövlət Naminə” İctimai Birliyin Ağcabədi rayon təşkilatının sədri Sahib Qasımov, Qadınlar Şurasının sədri Zülfiyyə xanım Quliyeva, sədr müavini Hacı xanım Fatimə Mehdiyeva, təşkilatın sədr müavini Edilxan Əliyev, Gənclər təşkilatının sədri Ramiz Əhmədov, həmçinin QHT–üzvlərindən, Qarabağ Vətən Müharibəsinin Qazisi Mübariz Abbasov, şəhid Dilsuzun anası Cəvahir Hacıyev, şəhid Xəyalın atası Feyruz Həziyev, şəhid Ceyhunun qardaşı Nurlan Məmmədov, şəhid Cəmaləddinin atası Türbəndə Məmmədov, şəhid Ömərin atası Rəşad müəllim söz alaraq belə bir aktual layihəni dəstəklədiklərini bildirmişdilər.

Tədbirdə 300 nəfərə yaxın iştirak edən vətəndaşlardan çıxış edən şəxslər vətəndaş və  dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərə, sosial sahədə ölkədə görülən böyük işlər, qəbul edilən proqramlar, yeni imkanlar, həmçinin yaradılan şəraitdən faydalanma yolları haqqında geniş informasiyaları iştirakçılarla bölüşdülər.

Müzakirədən sonra vətəndaşların sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkilləri çəkildi, paylanma materialları, kitabçalar və bukletlər iştirakçılara hədiyyə olundu.

Məlumatda o da xususilə qeyd edilir ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 sentyabr – 1 noyabr tarixlərində həyata keçirilən ikiaylıq “Azərbaycan sosial dövlətə doğru” mövzusunda layihəsi geniş ictimaiətə  təqdim olunur.

İlahə Məmmədova
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiətlə Əlaqələr Şöbəsinin müdiri 

















































13-03-2025, 18:11 - “Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
5-03-2025, 17:47 - Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
12-01-2025, 17:20 - Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
10-01-2025, 15:49 - Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
6-01-2025, 18:46 - Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
24-12-2024, 17:41 - Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
20-12-2024, 17:20 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
“Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
6-11-2024, 16:20 - Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
19-09-2024, 10:29 - Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
2-07-2024, 09:30 - “Mənim Polisim, Məni Qoruyur”
“Mənim Polisim, Məni Qoruyur”
30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
20-03-2024, 15:40 - Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar