Media
Bizimlə əlaqə

Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

Tarix:6-09-2023, 21:55
Baxış Sayı:944



“Sosial Dövlət Naminə” İctimai Birliyinin könüllülərdən ibarət layihə qrupu "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin icra planına uyğun olaraq Bərdə rayonuna səfər ediblər

"Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin icra planına uyğun olaraq, ictimai müzakirə təşkil etmək, eyni zamanda "Heydər Əliyev - 100 İl" liyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbiri həyata keçirmək üçün “Sosial Dövlət Naminə” İctimai Birliyinin sədri Faiq Əhmədovun rəhbərliyi ilə böyük heyət - təşkilatın mətbuat katibi Hamlet Abbasov, İdarə Heyətinin üzvü Saleh Hacıyev, könüllülərdən ibarət layihə qrupu, ictimai fəallar Bərdə rayonuna səfər ediblər.

Sosialdovlet.az  xəbər verir ki, 5 sentyabr 2023-cü il tarixində “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2023-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin icra planına uyğun olaraq Bərdə rayon Mədəniyyət Mərkəzinin Akt zalında, Bakıdan gələn qonaqların, rayon ictimaiyyətinin fəallarını, qazilərin, şəhid anaları və onların ailə üzvlərinin, digər kateqoriyadan olan vətəndaşların, həssas qrup nümayəndələrinin iştirakı ilə açıq ictimai müzakirə təşkil edilib.

Tədbiri təşkilatın mətbuat katibi Hamlet Abbasov açaraq gələn qonaqları salamladıqdan sonra, Dövlət himni səsləndirildi. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhid Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi. Hamlet Abbasov təşkilatın sədri Faiq Əhmədovun müəllifi olduğu və rəhbərliyi altında çapa hazırlanmış məlumatlandırıcı kitabçadan, eləcə də vətəndaşlara göstərilən sosial-hüquqi xidmətlər barədə məlumat verəndən sonra çıxış üçün sözü təşkilatın sədri Faiq Əhmədova verdi. Hər zaman şəhid analarının, qazilərimizin yanında olan, onlardan öz diqqət və qayğısını əsirgəməyən Birliyin sədri, layihə rəhbəri Faiq Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qeyri-Hökumət Təşkilatlarına göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd etmişdir ki, ölkə başçısının Ümummilli Lider Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə başladığı dövlətçilik proqramlarının, sosial islahatlarının həyatiliyi bu gün də idarəetməsində qabarıq şəkil alıb, yürütdüyü siyasətin kökündə dövlətçilik işi vacib və əsas prioritet kimi durub. Cənab prezident ölkə dəyərlərini, tarixi zərurətləri milli-mənəvi sərvət kimi qoruyur, vətəndaşlıq duyğusunu, millətə, dövlətə, vətənə sevgi hissini gücləndirir. Təbii ki, bu amilin gələcək üçün daha möhkəm, daha dərin əsasları var. Əbəs yerə deyil ki, cənab İlham Əliyev artıq Azərbaycan dövlətinin və xalqının xilaskarı, müasir Azərbaycanın yenilməz sərkərdəsi, ölməz düha Heydər Əliyev siyasətini uğurla davam etdirən fenomen şəxsiyyət kimi təqdir edilir.

Daha sonra Faiq Əhmədov qeyd etmişdir ki, rəhbəri olduğu "Sosial Dövlət Naminə" İctimai Birliyi Ümummilli Lider Heydər Əliyevin 100 İlliyi ilə əlaqədar regionlarda həyata keçirtdiyi "Heydər Əliyev – 100 İl” - “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbirlərə şəxsi büdcələri hesabına Türkiyədən alınan, üzərində Ümummilli Lider Heydər Əliyevin şəkli olan min ədəd köynək, medallar, fəxri diplomlar, xüsusi ölçüdə hazırlanmış baner və s. sosial maarifləndirmə işinin bir hissəsi kimi qiymətləndirilə bilər. Biz Ulu Öndər Heydər Əliyevin sosial sahədəki ardıcıl iş prinsipini və dövlətçilik uğurunu regionlarda gələcək nəsillərə çatdırmaq niyyətindəyik. Çünki hələ sağlığında Ümummilli Lider Heydər Əliyev uşaqlar haqqında belə deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır". Bir daha xüsusi olaraq qeyd edirəm ki, bizim məqsədimiz eyni hədəfdir: “Sosial Dövlət Naminə”. Bu yol bizi cənab Prezidentin rəhbərliyi altında daha xoşbəxt sabahlara aparır.

Onu da qeyd edək ki, tədbirdə “Sosial Dövlət Naminə” İctimai Birliyinin Respublika üzrə Qadınlar Şurasının sədr müavini, şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, Birliyin Bərdə rayon təşkilatının sədri, iki şəhid bacısı Nərgiz Cəfərova, Bərdə rayon Ağsaqqallar şurasının sədri Yaşar Zamanov, İdarə Heyətinin üzvü Saleh Hacıyev və digər çıxışçılar söz alaraq bildirdilər ki, bu gün “Sosial Dövlət Naminə” İctimai Birliyinin həyata keçirdiyi "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsi vətəndaşlar və dövlət qurumlarının nümayəndələri arasındakı sivil münasibətlərin, sosial sahədə ölkədə görülən böyük işlərin, qəbul edilən proqramların, yeni imkanların, yaradılmasından və rayonda həlli vacib olan bir çox problemlərin həllindən danışdılar, vətəndaşların sualları cavablandırıldı, ictimaiyyətlə geniş fikir mübadiləsi aparıldı, kitabçalar iştirakçılara hədiyyə olundu.

Tədbirin sonunda müasir Azərbaycanımızın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev – 100 İl” - “Uşaqlar bizim gələcəyimizdir” adlı orta məktəb şagirdləri arasında şeir yarışması keçirildi və qaliblərə xüsusi mükafatlar təqdim olundu. Keçirilən müsabiqə zamanı 1-ci, 2-ci, 3-cü yer tutan şagirdlərə qızıl, gümüş, bürünc medallar və üzərində Heydər Əliyevin şəkili olan “Nə qədər Azərbaycan Var, Mən də Varam” köynəyi və "Heydər Əliyev 100-İl" Fəxri Diplomları təqdim olunmuşdur. Müsabiqədə iştirak edən digər fəal şagirdlər isə söylədikləri şeirlərinə görə "Fəxri Diplom"larla mükafatlandırıldı.

Tədbirdə 200 nəfərə yaxın rayon sakini iştirak edirdi. Sonda xatirə şəkilləri çəkildi, paylanma materialı (kitabçalar) iştirakçılara hədiyyə olundu.

Onu da qeyd edək ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2023-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 iyul – 30 sentyabr tarixlərində həyata keçirilən üçaylıq "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" mövzusunda layihəsi regionlarda geniş ictimaiyyətə təqdim olunur.

"Sosial Dövlət Naminə" İctimai Birliyi olaraq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Birliyimizin Respublika üzrə Qadınlar Şurasının sədr müavini, şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanovaya, Birliyin Bərdə rayon təşkilatının sədri, iki şəhid bacısı Nərgiz Cəfərovaya və Bərdə rayon Mədəniyyət mərkəzinin bütün kollektivinə təşəkkürünü çatdırır.

İlahə Məmmədova,
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri
 















































30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
6-09-2023, 21:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
22-08-2023, 19:29 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19-08-2023, 18:58 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
17-01-2023, 16:03 - QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək
5-01-2023, 20:05 - Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
31-12-2022, 23:34 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR
Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR
24-12-2022, 23:18 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
15-12-2022, 21:12 - Faiq ƏHMƏDOV: Tələblərimiz Yerinə Yetirilməyənə Qədər Mütəmadi Olaraq Aksiyalarımızı Davam Etdirəcəyik-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV: Tələblərimiz Yerinə Yetirilməyənə Qədər Mütəmadi Olaraq Aksiyalarımızı Davam Etdirəcəyik-VİDEO-FOTOLAR
28-11-2022, 15:47 - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14-11-2022, 23:33 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
“Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
5-11-2022, 14:43 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru
Mingəçevirdə İctimai Müzakirə:  Sosial Dövlətə Doğru