Media
Bizimlə əlaqə

Nigar ƏFƏNDİYEVA: - AZƏRBAYCAN XALQINA RƏSMİ MÜRACİƏT!

Tarix:15-08-2020, 17:49
Baxış Sayı:934



 - Əziz və Dəyərli Azərbaycan Xalqı!

 - Nəzərinizə çatdırıram ki, Faiq Əhmədov ictimai fəal şəxs olmaqla yanaşı “Azərbaycanin Səsi” İctimai Birliyinin sədri olaraq ölkəmizin ictimai-siyasi həyatında gördüyü müəyyən xidmətlərilə dövlətimizə və dövlətçiliyimizə hər zaman öz töhfəsini verməyə çalışmışdır. 

- Sonuncu çağırış AR Milli Məclisinə Deputatlığa namizəd olmuşdur və seçgilərə iki gün qalmış 07 fevral 2020-ci il tarixində hakim YAP-ın xeyrinə olmaqla namizədliyini geri götürmüşdür.

 - Nəzərinizə çatdırıram ki, “Azərbaycanın Səsi” İctimai Birliyi 12 sentyabr 2017-ci ildən ictimai fəaliyyətə başlayıb.
 
- Yarandığı gündən qurum respublikanın ictimai həyatında aktiv iştirakı ilə seçilib. Qeyd etmək istəyirəm ki, müxtəlif aktual məsələlərə həsr olunmuş tədbirlərin yüksək səviyyədə keçirilməsi, sosial əhəmiyyətli layihələrin reallaşdırılması, xarici ölkələrdə fəaliyyət göstərən ictimai qurumlarla mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi “Azərbaycanın Səsi” İctimai Birliyinin fəaliyyətində prioritet istiqamətlərdən biri olmuşdur.

 - Lakin bütün bunlarla yanaşı bir fəaliyyət istiqamətimiz də vardır ki, məhz bu istiqamətə Birliyin rəhbəri Faiq Əhmədov tərəfindən hər zaman daha çox üstünlük verilibdir.

 - Belə ki, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri kimi  Faiq Əhmədov hər zaman əhalinin az təminatlı təbəqəsinin ehtiyaclarını xüsusi diqqət mərkəzində saxlamağı özünə borc bilmişdir.

 - Məhz bu səbəbdən də İctimai Birliy ölkəmizdə qeyd olunan bütün əlamətdar günlərdə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirib.

 - Dünya Azərbaycanlılarının Həmrəylik gününə, Novruz Bayramına, Qurban Bayramına və bir çox digər əlamətdar günlərə həsr olunmuş belə tədbirlərə hər zaman ölkə ictimaiyyətinin nümayəndələri, o cümlədən ziyalılar, elm və mədəniyyət təmsilçiləri, ictimai birlik rəhbərləri və KİV əməkdaşları da cəlb ediliblər.

 - Əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin doğum gününə, Prezident seçkilərinə, həmçinin Ulu Öndərin anım gününə,  15 İyun Qurtuluş Gününə  həsr olunan xeyriyyə tədbirləri hər zaman xüsusi coşqu və daha böyük ruh yüksəkliyi ilə keçirilmişdir.

 - Belə tədbirlərin əsas məramı isə, qeyd etdiyimiz kimi, az təminatlı ailələrə yardım göstərmək, onların zəruri ehtiyaclarının ən azından bir hissəsini ödəmək olub.

 - Qeyd etmək istəyirəm ki, “Azərbaycanın Səsi” İctimai Birliyinin təşkilatçılığı ilə 2017-2020-ci il tarixinin iyul ayına kimi 2146 şəhid, qaçqın və məcburi köçkün, əlil və aztəminatlı ailələrə ərzaq yardımı və bayram sovqatları təqdim olunmuşdur.

 - O cümlədən “Azərbaycanın Səsi” İctimai Birliyi hər il olduğu kimi bu il də ənənəyə sadiq qalaraq  Ümummilli liderimiz Heydər Əliyevin yenidən ikinci dəfə hakimiyyətə qayıdışı münasibətilə iyun ayının 10-dan başlayaraq 15 İyun Qurtuluş Gününə həsr olunmuş öz şəxsi büdcəsinin hesabına xeyriyyə aksiyası keçirdərək 100 (yüz) ailəyə ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim etmişdir.

 - Bir əsas məqamıda xüsusilə qeyd etmək istəyirəm ki, "Azərbaycanın Səsi" İctimai Birliyi olaraq cənab Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci-Vitse-Prezidenti xanım Mehriban Əliyevanın koronavirus infeksiyası ilə əlaqədar “Biz Birlikdə Güclüyük!”  xalqımıza etdikləri müraciətə xüsusi qoşularaq 18 mart  2020-ci il tarixindən başlayaraq, Qurban bayramı da daxil olmaqla bu günə kimi 635 aztəminatlı ailələrə özlərinin müraciətləri əsasında, öz ünvanlarında ərzaq yardımı və bayram sovqatı paketi təqdim etmişdir.

 - Faiq Əhmədovun rəhbəri olduğu birliyimizin üç il ərzində keçirtdiyi möhtəşəm və xeyriyyə tədbirləri barədə Azərbaycan Televiziya Kanallarında, Elektron Kütləvi İnformasiya Vasitələrində və Azərbaycan Respublikasının Prezident Administrasiyanın orqanı olan "Xalq Qəzeti"ndə geniş və ətraflı informasiyalar getmişdir.

- Əziz və Dəyərli Azərbaycan Xalqımız!

 - Faiq müəllimin yorulmaz əməyi sayəsində "Azərbaycanın Səsi" İctimai Birliyi qısa bir zaman kəsiyində sosial-iqtisadi sahədə öz töhfələrini verməyə çalışmışdır. 

 - Faiq müəllim, bizim əyani şəkildə görüb yəqin etdiyimiz bu uğurlar Sizin adınızla, Sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl sosial-iqtisadi siyasətlə bağlıdır.
 
- Fürsətdən istifadə edib Faiq müəllim, Sizi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçmiş "Sosial Dövlət Naminə" İctimai Birliyinin sədri təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, iş fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
 
 - Əminəm ki, Sizin səyləriniz nəticəsində artıq yeni rəhbəri təyin olunduğunuz "Sosial Dövlət Naminə" İctimai Birliyi də ölkəmizin və xalqımızın mənafeyi naminə Azərbaycanın ictimai-siyasi həyatının, sosial-iqtisadi sahələrində öz uğurlarını və töhfələrini verəcəkdir. 

Dərin Hörmət və Etiramla: "Azərbaycanın Səsi" İctimai Birliyinin
İdarə Heyətinin sədri, "Sosial Dövlət Naminə" Qeyri Hökümət Təşkilatının
İdarə Heyyətinin üzvü Nigar ƏFƏNDİYEVA



13-03-2025, 18:11 - “Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
“Sosial Dövlət Naminə” İctimai Birliyi - QHT-lər sırasında Dövlətdən və Donor təşkilatlardan hər hansı bir dəstək görməyən, öz şəxsi vəsaiti hesabına böyük layihələrə imza atan ən layiqli təşkilatlardan biridir-FOTOLAR
5-03-2025, 17:47 - Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
Dahi Bəstəkar - Dirijor Niyazinin Ev Muzeyində “PianoBaku1” Musiqi Tədris Mərkəzinin Tədbiri Keçirildi - FOTOLAR
12-01-2025, 17:20 - Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
Təşkilat 2024-cü ilin Yekunlarına Həsr Olunmuş Böyük Tərkibdə Konfrans Keçirmişdi -Fotolar
10-01-2025, 15:49 - Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
Faiq Əhmədovun Təşkilatçılığı İlə Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı – Fotolar
6-01-2025, 18:46 - Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
Faiq Əhmədov Təşkilatın Üzvü Olan, Şəhid və Qazi Ailələrini Bayram Günündə Ziyarət Elədi - Fotolar
24-12-2024, 17:41 - Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
Təşkilat Sədrindən Prezident İlham Əliyevə Açıq Məktub!
20-12-2024, 17:20 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
“Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
6-11-2024, 16:20 - Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
Zeynəb Səfərli: "Ağlama Şəhid Anası" - FOTOLAR
19-09-2024, 10:29 - Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
Regionlarda Təşkilat sədri Faiq Əhmədovun Vətəndaşlarla Səyyar Görüşü Təşkil Olunmuşdu - Fotolar
2-07-2024, 09:30 - “Mənim Polisim, Məni Qoruyur”
“Mənim Polisim, Məni Qoruyur”
30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
20-03-2024, 15:40 - Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
Bayram Münasibətilə təşkilat sədri Faiq Əhmədovun tərəfindən 20-yə yaxın aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir - Fotolar
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar