Media
Bizimlə əlaqə

AZƏRBAYCAN - SOSİAL DÖVLƏT MODELİ

Tarix:7-09-2020, 23:49
Baxış Sayı:1 692


Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdanibarətdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlərin bir çoxu sosial təminatın yüksək pilləsi olan sosial rifah dövləti qurmağı hədəf kimi qarşısına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər.

Banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan dövlətinin yaxın məqsədlərindən biri əhalinin sosial rifah halını ən yüksək səviyyəyə çatdırmaq, dünyanın inkişaf etmiş dövlətinə çevrilək, sosialrifah dövləti mərtəbəsinə yüksəlməkdir.Sosial dövlət dedikdəinkişaf etmiş, sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi sistem başa düşülür. Sosialdövlət anlayışı ilk dəfə 1850-ci ildə alman alimi Lorenc fon Şteyn tərəfindən işlədilmişdir. Lorensə görə sosial dövlət bütün siniflərə, eləcə də hər bir vətəndaşa bərabər hüquq və imkanlar yaradan dövlətdir. Belə dövlətdə hökumət bütün vətəndaşların iqtisadi və ictimai inkişafına siyasi, hüquqi, iqtisadi dəstək verməlidir. Bu ideyanı daha da inkişaf etdirən digər alman alimi H.Heller "Sosial - hüquqi dövlət" anlayışını siyasi arenaya daxil etmişdir. Doğrudan da, hüquqi təminatlar və tənzimləmə olmadan sosial rifah dövləti yaratmaq mümkün deyildir. Sosial dövlətin əsas əlamətləri aşağıdakılardır:

- Sosial sahədə mükəmməl qanunvericiliyin olması;

- Dövlət tərəfindən müxtəlif sosial yönümlü proqramların hazırlanması və həyata keçirilməsi;

- Vətəndaş cəmiyyətinin qurulması;

- Dövlətin vətəndaşlar qarşısında sosial məsuliyyəti;

- Dövlət tərəfindən hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və layiqli həyat şəraitinin yaradılması;

- Layiqli sosial, iqtisadi, mədəni həyat təminatları əldə etmək üçün hər kəsə bərabər imkanlar yaradılması;

- Ölkənin iqtisadi inkişafının yüksək səviyyədə olması.

Sosial dövlət quruculuğu ötən əsrin ortalarından, II Dünya müharibəsindən sonra başlamışdır. Dünyada ilk dəfə 1949-cu ildə Almaniya Federativ Respublikası özünü sosial dövlət elan etmişdir. Sosial dövlət qurulmasının başlıca şərti o dövlətdə sosial ədalətin, demokratiyanın və hüququn aliliyinin təmin olunmasıdır.

Müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda əsas strateji hədəfləri müəyyən edərkən Ümummilli Lider Heydər Əliyev deyirdi: "Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik-hüquqi sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir".

Azərbaycan dövlətinin əsas məqsədlərindən birinin sosial dövlət olması barədə 1995-ci ildə qəbul edilən Konstitusiyamızda birbaşa müddəa olmasa da, Konstitusiyaya 2002-ci ildə edilən əlavə və dəyişikliklərdə sosial rifah dövlətinin qurulması ilə bağlı müddəa öz əksini tapmışdır.Konstitusiyamızda Azərbaycan dövlətinin başlıca vəzifələrindən birinin vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadi azadlıqlarının təminatçısı olduğu göstərilir: " İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir".

Konstitusiyanın 16-cı maddəsi "Sosial inkişaf və dövlət" adlanır. Bu maddənin 1-ci bəndində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Sosial dövlət quruculuğunun digər hüquqi əsası Ümummilli Liderin qələmindən çıxmış başqa bir strateji sənəddə: Yeni Azərbaycan Partiyasının Proqramında ("Sosial ədalət prinsipi" müddəasında) partiyanın başlıca məqsədlərindən birinin "Sosial dövlət yaratmaq" olduğu göstərilir.

Azərbaycan sosial dövlət quruculuğu yolunda inamla irəliləyir.Möhtərəm Prezidentimiz respublikamızın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaşa diqqət vəqayğı dayandığını bəyanedir və ölkəmizin 2020-ci ildə dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxacağını qarşıya məqsəd qoyur. Cənab Prezidentin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu məqsədlə işlənib hazırlanmışdır. Azərbaycanın 2003-cü ildən başlayan sürətli, dinamik, harmonik inkişafı ölkəmizi bir sıra sosial-iqtisadi göstəricilərə görə MDB və Şərqi Avropa dövlətləri sırasında ön plana çıxarmışdır.

Azərbaycan Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr qrupuna daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən "yüksəkinsan inkişafı" ölkələri qrupuna keçmişdir.Adambaşına düşən ümumi milli gəlir 1005 ABŞ dollarından az olan ölkələr aşağı gəlirli, 1006-3975 ABŞ dolan olan ölkələr aşağı orta gəlirli, 3976-12275 ABŞ dolları olan ölkələr yuxarı orta gəlirli, 12276-dan yuxarı olan ölkələr yüksək gəlirli ölkələr sırasına daxildir.Bu baxımdan ölkəmizin yaxın 5-6 ildə ÜMG-ni 13 min ABŞ dollarına çatdıracağı və dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxması çağırışı cəsarətli olmaqla yanaşı, mövcud reallıqlara söykənən praqmatizmdən doğan siyasi iradənin faktıdır.

Sosial dövlətin qurulmasının əsas şərtlərindən biri həmin dövlətdə sosial ədalətin səviyyəsi sayılır. Heç də təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının Proqramında əsas prinsiplərdən biri kimi sosial ədalət prinsipi götürülür. Partiyamızın Proqramında deyilir:"...Sosial yönümlü iqtisadiyyata malik olan dövlətlərdə dövlət vergi, sosial və məqsədli yardım mexanizmlərindən istifadə edərək, cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkiledir. Belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir".

Sosial dövlətin əsas funksiyaları bunlardır:

- Sosial müdafiəyə ehtiyacı olan şəxslərin (əlillər, qocalar, işsizlər və s.) qayğısını öz üzərinə götürmək;

- Əməyin mühafizəsini və insanların sağlamlığını təmin etmək;

- Ailəyə, ana və uşaqlara dəstək vermək;

- Gəlirlərin yenidən bölüşdürülməsi yolu ilə sosial qeyri-bərabərliyi yumşaltmaq;

- Xeyriyyəçilik fəaliyyəti üçün geniş imkanlar yaratmaq;

- Təhsil və mədəniyyət proqramlarına maliyyə yardımı göstərmək;

- İşsizliklə mübarizə;

Tam məsuliyyəti ilə söyləmək olar ki, bu vəzifələrin hamısı dövlətimizin daxili siyasətində prioritet istiqamət kimi nəzərdə tutulmuşdur və həyata keçirilməkdədir.

Azərbaycanın sosial dövlət quruculuğu modellərinin ən əlamətdar xüsusiyyətləri kimi aşağıdakıları göstərmək olar:

1. Sürətli sosial - iqtisadi inkişaf tempi.Azərbaycan 2003-2013-cü illərdə hələ dünyanın heç bir dövlətinə müyəssər olmayan inkişaf yolu keçmişdir.Heç də təsadüfi deyildir ki, beynəlxalq ekspertlər bu illəri Azərbaycanın "qızıl onilliyi", yaxud "qızıl onluğu" adlandırırlar.Bu illər ərzində Azərbaycanın dövlət büdcəsi 1,5mlrd.dollardan25 mlrd.dollarayüksəlmiş, valyuta ehtiyatları 28 dəfə artaraq 46 milyard dollara çatmışdır.

2. Regionların harmonik inkişafı: Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çox haqlı olaraq qeyd edir ki, ölkəmizin inkişafı bütün sahələrdə və bütün regionlarda davam etməli, kompleks xarakterdə aparılmalıdır. Bu məqsədlə 2004-cü ildən başlayaraq hər 5 il müddətinə fəaliyyət göstərən "Regionların sosial-iqtisadi inkişaf proqramları" qəbul edilmiş, 2 belə layihə uğurla həyata keçmiş, 3-cü layihə isə 2014-2018-ci illəri əhatə edəcəkdir.

3. Qeyri-neft sektorunun inkişafı: Azərbaycanın beynəlxalq neft müqavilələri işə düşəndə və gəlir gətirməyə başlayanda bir çox müxalifət yönlü siyasətçilər və ekspertlər respublikamızda iqtisadiyyatın neftdən asılı olacağını, son nəticədə isə "holland sindromu"nun yaranacağını, neft tükənməyə başlayanda isə ölkə iqtisadiyyatının fəlakətli dərəcədə çökəcəyi barədə "proqnozlar" söyləyirdilər.Ötən on illik inkişaf yolu göstərdi ki, Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası balanslaşdırılmış iqtisadi siyasətə üstünlük verməklə, hərtərəfli iqtisadi artımı daim diqqət mərkəzində saxlayır.Cənab Prezident İlham Əliyevin yeni dövrün çağırışlarına cavab verən iqtisadi siyasət taktikası ölkə iqtisadiyyatının çoxşaxəli prinsiplər üzrə inkişafını ön plana çəkir.Neft sektorundan əldə olunan gəlirlərin bir hissəsinin qeyri-neft sektoruna investisiya kimi qoyulması nəticəsində hazırdaölkəmizinÜDM-in yarıdan çoxu bu sektorun payına düşür, qeyri-neft sektorunun inkişaf tempi isə neft sektorunu daha çox üstələnməkdədir.

4. Sosial infrastruktur layihələrinə önəm verilməsi.Azərbaycanın sosial dövlət quruculuğu strategiyasının ana xətti olaraq əhalinin sosial-mədəni ehtiyaclarının yüksək səviyyədə qarşılanması siyasəti nəzərdə tutulur.Bu xəttin reallaşması nəticəsində son 10 ildə ölkəmizdə 2500-dən çox təhsil müəssisəsi, 500-dən artıq tibb müəssisəsi ya yenidən tikilmiş, yaxud da əsaslı təmirolunaraqmüasiravadanlıq və cihazlarla təchiz edilərək vətəndaşların istifadəsinə verilmişdir.Bu illər ərzində ölkə ərazisində yüzlərlə kilometr müasir yollar çəkilmiş, körpülər salınmış, mədəniyyət evləri tikilmiş, parklar açılmışdır.İnsanların sağlam həyat şəraitini təmin etmək üçün min kilometrlərlə su və kanalizasiya xətləri çəkilmiş, sutəmizləyici qurğular quraşdırılmışdır.

5. Neft kapitalının insan kapitalına çevrilməsi.Sosial dövlətdə daxili siyasətin mərkəzində İNSAN dayanır.İnsanın sağlam, xoşbəxt və sosial rifah halında həyat sürməsi dayanır.Uşaqlara qayğı, gəncliyə dəstək, Azərbaycanın rəqabət qabiliyyətli, müasir düşüncə, mədəniyyət və elm çağırışlarına layiqincə cavab verə biləcək kadr potensialının hazırlanması dövlətimizin sosial yönümlü siyasətinin mühüm tərkib hissəsidir.Azərbaycan hökumətinin təhsil sahəsində 20, səhiyyə sahəsində 14 Dövlət Proqramı qəbul etməsi və həyata keçirməsi, uşaq hüquqları ilə bağlı 40-a yaxınqanunun fəaliyyət göstərməsi, istedadlı Azərbaycan gənclərinin dünyanın aparıcı ölkələrinin qabaqcıl universitetlərdə təhsil almalarına təminat verən Dövlət Proqramının qəbul edilməsi və nəhayət, ASAN xidmətin yaradılması insan kapitalının güclənməsinə Azərbaycan dövlətinin qayğısının bariz nümunələridir.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2013-cü ildə Azərbaycanın sosial xarakterli dövlət olduğunu bəyan etmişdir.Doğrudan da son illərdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə sosial dövlətin bir çox parametrləri öz təsdiqini tapmış, bəzi parametrlər isə inkişaf yoluna çıxmışdır. Sosial dövləti xarakterizə edən bəzi parametrləri nəzərdən keçirək və Azərbaycanın bu sahədə yerini müəyyən etməyə çalışaq:

1. Yoxsulluq səviyyəsi - Azərbaycanda yoxsulluqla mübarizə ciddi nəticələr vermiş, 2001-ci ildən bu yana ötən dövr ərzində yoxsulluğun səviyyəsi 49%-dən 5,2%-ə düşmüşdür.

2. Sosial proqramların yoxsulluğun aşağı salınmasında rolu.Əsas sosial layihə olan məşğulluq probleminin həlli uğurla həyata keçirilir.Son 10ilərzində ölkədə bir milyon iki yüz mindən çox yeni iş yerləri açılmışdır ki, bunlardan 900 minə yaxını daimi iş yerləridir.Digər bir uğurlu proqram kimi ünvanlı sosial yardım layihəsini misal göstərmək olar.Bu proqram çərçivəsində ildə bir milyona yaxın şəxs dövlətdən maliyyə dəstəyi alır ki, bu məbləğ ildən - ilə artmaqdadır.Ünvanlı sosial yardım üçün müəyyən edilən ehtiyac meyarı 2006-cı ildəki 5 manatdan 2014-cü ildə 100 manata qaldırılıb, başqa sözlə, 20 dəfə artırılıb.

3. Layiqli həyat səviyyəsinin təmin olunması.Bu parametr yaşayış minimumu, minimal əmək haqqı, orta aylıq əmək haqqı və orta aylıq pensiyanın artım dinamikası ilə şərtlənir.Azərbaycanda yaşayış minimumu son 10 ildə on dəfədən çox artaraq 125 manat, yaxud 160 dollarda yuxarı olmuşdur və bu MDB məkanında ən yaxşı göstəricilərdəndir.Orta aylıq əmək haqqı isə 2003-cü ildəki 100 dollara rəğmən hazırda 600 dollar təşkil edir və bu həyat səviyyəsinin artım tempini xarakterizə edən ən yaxşı göstəricilərdən biridir.Pensiya sahəsində aparılan islahatlar nəticəsində pensiyanın baza hissəsi yaşayış minimumuna çatdırılmış, başqa sözlə, bütün pensiyaçılar yoxsulluq həddindən çıxmışlar.

4. Sosial bərabərliyin təmin edilməsi. Bu paradıqma heç də sosializmdəki məcburi bərabərliyi deyil, sosial ədaləti təminedəcəkhüquqvə imkan bərabərliyini nəzərdə tutur. Azərbaycanda biznesin liberallaşdırılması sahəsində aparılan islahatlar hər bir şəxsə öz bacarığı və istəyi çərçivəsində fəaliyyətgöstərməyə,iş qurmağa, vəzifə tutmağa imkan yaradır. Bir çox dövlət qulluğuna və digər vəzifələrə qəbulun test vasitəsi ilə aparılması, gender bərabərliyinin ön plana çəkilməsi, gəlirdən vergitutmaların diferensiallaşdırılması və s. tədbirlər sosial bərabərliyin yaranmasına, ziddiyyətlərin yumşalmasına, sosial qütbləşmənin zəifləməsinə xidmət edir. İqtisadi liberallaşma tədbirlərinin uğurlu nəticələrindən biri olaraq Azərbaycanın Davos Forumunun hazırladığı "Qlobal Rəqabətlilik hesabatı"na görə dünyada 144 ölkə arasında 39-cu, MDB məkanında isə 1-ci yerə çıxmasını qeyd etmək mümkündür. Azərbaycanda əhalinin pul gəlirləri illik inflyasiyanı 2,5-3 dəfə üstələyir ki, bu da vətəndaşlarımızın ləyaqətlihəyat səviyyəsini ilbəil artırmağa imkan verir.

5. Sosial müdafiə tədbirlərinin ardıcıllığı və təminatlılıq səviyyəsi. Azərbaycan dövləti tərəfindən 38 istiqamətdə sosial müdafiə tədbirləri həyata keçirilir, əmək haqqı, pensiya, müavinət(yaşa, işsizliyə, ailə başçısını itirməyə, əlilliyə,şəhid ailəsinə, veteranlara, xəstəliyə, hamiləliyə, doğuşa, çoxuşaqlılığa və s. görə), təqaüd (tələbələrə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə, şəhid ailələrinə, yaradıcı şəxslərə və s.) verilir, icbari təhsil və tibbi xidmət dövlət vəsaiti hesabına həyata keçirilir, sığorta xidmətləri genişləndirilir.Sovet əmanət kassalarında qalmış pulların qısa müddətdə və yüksək indeksasiya şərtləri daxilində qaytarılması faktı da Azərbaycanın sosial dövlət xarakterindən irəli gələn bir hadisədir.

6. Bütün cəmiyyətin rifah halının yüksəlməsi.Sosial dövlət dövlətin inkişafının yeni bir mərhələsi olub maddi nemətlər bolluğu yaratmaqla hər bir vətəndaşın yüksək rifah halını təmin edir.Ümumi daxili məhsulun həcminin artması, dövlət büdcəsinin çoxalması, investisiya qoyuluşu imkanlarının genişlənməsi cəmiyyətin bütün təbəqələrindən olan insanların sosial rifah halının yüksəlməsinə imkan yaradır. Azərbaycanın ÜDM - son on ildə 3 dəfə artaraq 57 mlrd.manata, investisiya qoyuluşu məbləği 28 mlrd. Adambaşına düşən ÜDM-un payı - 9182 dollar, ölkənin valyuta ehtiyatları isə 50 milyard dolları üstələmişdir.

Sosial dövlət vətəndaş - cəmiyyət - dövlət münasibətlərinin yeni bir forması, daha yüksək səviyyəsi olub, hər bir vətəndaşın, onun ailə üzvlərinin həyatı və rifahı naminə layihələrə üstünlük verir, insanların öz potensial imkanlarını reallaşdırmaq üçün hüquqi və iqtisadi müstəvidə qanuni şərait yaradır.Sosial dövlət öz vətəndaşlarının sosial, iqtisadi, hüquqi və mənəvi azadlıqlarını təmin edir, cəmiyyət üzvləri arasında sosial bərabərsizliyi minimuma endirməyə çalışır.Sosial dövlət cəmiyyətdə sosial ədalətə, sosial sülhə və sosial əməkdaşlığa söykənən yenin münasibətlərin yaranmasına səy göstərən, xalqa xidmət edən dövlətdir.

Azərbaycan Respublikasının Prezidenti - Cənab İlham Əliyev "Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları"nınicrasına həsr olunmuş 5 fevral 2014-cü il tarixli konfransda demişdir: "Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir".

Doğrudan da, öz doğma xalqına ləyaqətlə xidmət etməkdən şərəfli heç nə yoxdur.

Musa Quliyev,
Milli Məclisin deputatı, YAP Siyasi Şura üzvü

18 aprel 2014.8-9.

30-04-2024, 03:30 - XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
XIRDALAN MƏKTƏBİNDƏ 1 İYUN UŞAQLAR GÜNÜ MÜNASİBƏTİLƏ  VƏ "ZƏFƏRDƏN YAŞIL DÜŞÜNCƏYƏ" ADLI TƏDBİR KEÇİRİLDİ - FOTOLAR
12-03-2024, 18:32 - " Yuxuma gəl şəhid balam" Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
" Yuxuma gəl şəhid balam"  Adlı Kitabın Təqdimatı Keçirilmişdi – Fotolar
16-01-2024, 17:23 - AĞLAMA ŞƏHİD ANASI - Fotolar
AĞLAMA ŞƏHİD ANASI - Fotolar
11-01-2024, 18:31 - Şəhidimizin Mövludu keçirildi!
Şəhidimizin Mövludu keçirildi!
1-01-2024, 19:31 - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhidlərimizin ailə üzvlərinə bayram sovqatları və hədiyyələr təqdim edilmişdir - Fotolar
8-11-2023, 19:00 - İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
İctimai Birliyin sədri Faiq Əhmədovun Təşəbbüsü ilə "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsi keçirildi-FOTOLAR
19-09-2023, 15:52 - FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
FAİQ ƏHMƏDOV: ƏN BÖYÜK HƏQİQƏT BUDUR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!
13-09-2023, 18:48 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar
6-09-2023, 21:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
22-08-2023, 19:29 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19-08-2023, 18:58 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
17-01-2023, 16:03 - QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” ilə bağlı müsabiqə elan edəcək
5-01-2023, 20:05 - Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
31-12-2022, 23:34 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR
Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR
24-12-2022, 23:18 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
15-12-2022, 21:12 - Faiq ƏHMƏDOV: Tələblərimiz Yerinə Yetirilməyənə Qədər Mütəmadi Olaraq Aksiyalarımızı Davam Etdirəcəyik-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV: Tələblərimiz Yerinə Yetirilməyənə Qədər Mütəmadi Olaraq Aksiyalarımızı Davam Etdirəcəyik-VİDEO-FOTOLAR
28-11-2022, 15:47 - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14-11-2022, 23:33 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
“Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
5-11-2022, 14:43 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru
Mingəçevirdə İctimai Müzakirə:  Sosial Dövlətə Doğru